beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Lomonosov (şəhər) - Coğrafiya

Relyef və geologiya
Paleozoy dövründə (yəni 300-400 milyon il bundan öncə) bütün şəhər ərazisi dəniz ilə əhatə olunmuşdur. O dövrün qum, gil və torf linzalalı lil çöküntüləri qranit, gneizit və diabazdan ibarət kristallaşmış qat torpağın qalın təbəqəsini (200 metrə qədər) örtür. Müasir relyef buz örtüyü (son Valday buzlaşması 12,000 il əvvəl baş vermişdi) nəticəsində formalaşmışdır. Buzlaqlar geri çəkildikdən sonra, hazırki Baltik dənizinin yerləşdiyi bütün ərazidə Littorina dənizi formalaşmışdır (onun səviyyəsi hazırki dənizdən 7-9 metr daha yüksək idi). 4000 il əvvəl dəniz geriyə çəkilmiş və körfəzin bir sıra hissələrində adalar yaranmışdı. Vadi buzlaq-göl və postglyasial çöküntülərdən ibarətdir. Relyef son 2,5 min il ərzində demək olar ki dəyişməyib.

İqlim
Lomonosov dənizdən qitəyə keçən mülayim və rütubətli iqlimə malikdir. Əsasən tsiklonik fəaliyyət nəticəsində şəhər üzərində hava kütlələrinin tez-tez dəyişikliyi müşahidə olunur. Yayda qərb və şimal-qərb, qışda isə qərb və cənub-qərb küləkləri üstünlük təşkil edir. Ayrılıqda Lomonosov şəhərinin iqlimi Sankt-Peterburqdan hər hansı xüsusi fərqləndirici əlaməti yoxdur. Fin körfəzi dayaz sulu olmasına baxmayaraq, şəhərin temperatur şəraitində təsir göstərir. Dəəniz sahilində külək bir az güclü olur.

Lomonosovun hava temperaturu və yağıntıların illik göstəriciləri Peterburqa demək olar ki identikdir.
Torpaqlar, bitki və heyvanlar aləmi
Şəhərin quruluşundan öncə, bu ərazilər iynəyarpaqlı meşələr (şam və küknar) və düzən bataqlıqlar ilə əhatə olunmuşdu. Hazırda Fin körfəzinin dar sahil zolağında qara qızılağacın bitməsi üçün əlverişli düzən bataqlıqlar qorunur. Ərazidə orta gillicəli torpaqlar üstünlük təşkil edir. Təbii landşaft xalqın sıx təsərrüfat fəaliyyəti nəticəsində geri çəkilərək, sahələr boyu mədəni landşaftın inkişafına səbəb olmuşdu. İndi burada ağcaqovaq, ağcaqayın və söyüd ağaclarının kiçik sahələrini istisna etsək, geniş əkinçilik və kənd təsərrüfatı əraziləri üstünlük təşkil edir. XVIII-XIX əsrlərdə Lomonosovda 819 hektar sahəyə malik geniş park salınmışdır.

Şəhər ətrafında bəzən tülkü və kəkliklə rastlaşmaq olar. Şəhərdə böyük sayda quş, onurğasız heyvanlar və sürünənlər yaşayır.
2002-ci ilin Ümumrusiya əhali siyahıyaalmasına görə, Lomonosov şəhərində 45,1% kişi və 54.9% kişi daxil olmaqla, ümumilikdə 37,776 nəfərin, 2010-cu ildə isə - 42 505 nəfərin yaşadığı müəyyənləşdirilmişdi. Lomonosov şəhərinin iqtisadi fəal əhalinin nəzərə çarpacaq hissəsi Sankt-Peterburqda işləyir.


Tarix: 16.02.2015 / 18:39 Müəllif: Feriska Baxılıb: 249 Bölmə: Ölkələrinə görə tarix