Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxuda Xəstəlik görmək

Yuxuda xəstə olduğunuzu görmək sizə xoşagəlməz danışıqlar, söhbətlər vəd edir. Gənc qadın yuxuda sağalmaz xəstəliyə tutulursa, bu o deməkdir ki, yaxın zamanda o, ərsiz qız vəziyyətinin ləzzətini yüksək qiymətləndirəcək. Əgər yuxuda qohumunuzun xəstələndiyini görmüsünüzsə, bu o deməkdir ki, gözlənilməz hadisə evinizin əmin-amanlığını pozacaq. Quduzluqdan xəstələnmək bədxahların fitnə-fəsadına işarədir. Əgər yuxuda sizi quduz heyvanlar yeyərsə, real həyatda dostlarınızın hiylə və yalanından özünüzü qoruyun. Qarın yatalağı xəstəliyi sizə xəbərdarlıq edir: düşmənlərinizdən qorunun və sağlamlığınıza qarşı diqqətli olun. Yuxuda “vodyanka” xəstəliyindən əziyyət çəkmək hansısa ağır xəstəlikdən sağalmaq deməkdir. Əgər başqası bu xəstəliyə tutulubsa, xoş xəbərlər gözləyin. Yuxuda qanqrena olmaq irəlidə yaxşı heç nə vəd etmir.Özünüzün və yaxud yaxınlarınızın dezinteriyaya tutulması yaxşı əlamət sayılmır. İşlərinizə qarşı xüsusən diqqətli olun, ola bilsin, kiminsə laqeydliyi uğursuzluqlara gətirib çıxara bilər. Yuxuda özünü ruhi xəstə kimi görmək xəstəlik və ya işinizin pis sonluqla nəticələnəcəyinə işarədir ki, bu da gələcəyə baxışınızı dəyişəcək. Yuxuda sarılığa tutulmaq çətin işlərinizin uğurla bitəcəyinə işarədir. Yuxuda uşağınızın krup xəstəliyinə tutulması yaxşı əlamətdir; öz uşaqlarınıza görə əbəs yerə qorxu keçib-gedəcək, evdə əmin-amanlıq hökm sürəcək. Yuxuda podaqra böyük maddi itkilərə səbəb olacaq doğmalarınızdan birinin tərsliyinin sizi qıcıqlandıracağına işarədir. Yuxuda cüzam xəstəliyinə tutulmaq sizin nəticədə çoxlu pul itirəcəyiniz və insanların narazılığına səbəb olacaq xəstəlikdən xəbər verir. Bu xəstəliyə tutulmuş xəstə görmək işləriniz və sevgidə böyük dəyişikliklərə işarədir ki, bu da sizi son nəticədə karıxdıracaq. Yuxuda kiminsə xərçəng xəstəliyindən sağalması işlərdə uğurlar, hətta zənginlikdən xəbər verir. Xərçəngə tutulmaq sevdiyin insanla münaqişəyə işarədir. Belə yuxudan sonra insan depressiyaya düşə bilər və hətta işlərini buraxa bilər. Sevgidə soyuqluq və həyəcan, narahatlıq olması mümkündür. Yuxuda ölkəyə vəba xəstəliyi yayılıbsa, bu, real həyatda yoluxucu xəstəliklər və narahatlıqladolu günlərə işarədir. Ümumiyyətlə, yuxuda xəstəlik görmək, xəstəliyə tutulmaq o deməkdir ki, siz öz səhhətinizə qarşı ehtiyatlı olmalısınız.

——-

Yuxuda belə rəmzi faciə kimi qəbul etməyə dəyməz.Bibliya şərhinə görə, xəstəlik adamlara işlətdiyi günaha görə cəza kimi və fikir, hiss və əməllərin təmizlənməsi üçün göndərilir. İnsan üçün bu rəmz öz mövqeyinə və həyati dəyərlərinə yenidən baxmaq vaxtı yetişməsidir. Özünüzü ağır və sağaımaz xəstəlikdən əziyyət çəkən görmək ayıqlıda siz yaxşı iş tutmadığınızı və bir anlıq zəifliyə görə ürəyinizdə özünüzü danladığınıza işarədir. Yuxuda yaxın adamlardan birinin xəstə olduğunu görmək yaxınlarınıza qayğı və dəstəyin lazım olduğuna işarədir. Yuxuda topraqda can verən və ağır, sağalmaz xəstəlikdən ölən adamlar görmək bakterioloji silahın tətbiqi nəticəsində yaranan ekoloji fəlakətə işarədir. Sizin bu, fəlakətin şahidi olacağınız mümkündür. Ağır xəstəlikdən sağalmış olduğunu görmək ayıqlıqda xoşagəlməz vəziyyətdən qaça bikləcəyiniz deməkdir. Sizə yaxın adamın ağır xəstəlikdən ölməsi pozulmuş münasibətlər və şəxsi problemlər deməkdir.


Tarix: 23.11.2014 / 15:46 Müəllif: Ebulfez Baxılıb: 104 Bölmə: X hərfi
loading...