beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

X hərfiYuxuda Xəyanət görmək

Əgər yuxuda xəyanət etmisinizsə, həyatda sizi qeyri-qanuni işlərdə günahlandıracaqlar. Belə yuxunu qadın görsə, real həyatda o, kobudluğu və pis xasiyyəti ilə ərinin ona qarşı sevgisini itirəcək. Yuxuda ərini onun dostu ilə aldadırsa, bu, real həyatda ərinin ona laqeyd olacağına işarədir. Əgər qadın yuxuda cavan oğlanı yolundan çıxarırsa, həyatda onu boşanma təhlükəsi və yüngül hərəkətlərinə görə yalqızlıq gözləyir. Yuxuda nəfsinizi öldürərək şəhvət hisslərinə qalib gəlmisinizsə, bu, yaxşı əlamətdir. Yuxuda yolunu azmaq pis əlamətdir. Yuxuda sevgilinizi aldadırsınızsa, real həyatda da yaxın adamınıza xəyanət edəcəksiniz. Yuxuda sevgiliniz sizə xəyanət edirsə, bu, həyatda sizin etibarınızdan asanlıqla sui-istifadə etməyin mümkün olduğuna işarədir. Əgər evli kişi yuxuda Ardı »

X hərfiYuxuda Xardal görmək

Yuxuda böyüyən yaşıl xardal görmək kəndliyə uğur və sevinc, zənginlik vəd edir. Xardal toxumunu yemək və ağzında acılıq hiss etmək o deməkdir ki, siz düşünülməmiş hərəkətlər etməklə kədərlənəcəksiniz və bu sizə əziyyət verəcək. Ardı »

X hərfiYuxuda Xaç görmək

Yuxuda xaç görmək sizi gözləyən bədbəxtliyə işarədir. Yuxuda xaçı öpmək o deməkdir ki, bədbəxtliyi möhkəm və dözümlü şəkildə qarşılayaqsınız. Gənc qadın əlində xaç saxlayırsa, hərəkətində ciddi və xeyirxah olmaqla başqalarının hörmətini qazanacaq. Əlində xaç tutan adam yuxunuza giribsə, bilin ki, bu yuxu sizi xeyriyyəçilik və digərlərinə qayğı göstərməyə çağırır.

——-

Xaç- xilaskarlıq, sınaq, təcrübə, ümid əlamətidir. Yuxuda xaç görmək o deməkdir ki, uzun və ağır iztirablara mübtəla olcaqsınız. Yuxuda kilsə xaçı görmək – pis, səhv hərəkətləriniz mənəvi əzab çəkməyinizə səbəb olacaq. Yuxuda əlinizdə xaç tutmusunuzsa, ən asan deyil, şərəfli həyat yolunu seçmisiniz.Yuxuda caynağında xaç aparan qartal görmək – qüdrətli imperiyanın təcavüzünə işarədir.Yuxuda boynunuza Ardı »

X hərfiYuxuda Xəstəlik görmək

Yuxuda xəstə olduğunuzu görmək sizə xoşagəlməz danışıqlar, söhbətlər vəd edir. Gənc qadın yuxuda sağalmaz xəstəliyə tutulursa, bu o deməkdir ki, yaxın zamanda o, ərsiz qız vəziyyətinin ləzzətini yüksək qiymətləndirəcək. Əgər yuxuda qohumunuzun xəstələndiyini görmüsünüzsə, bu o deməkdir ki, gözlənilməz hadisə evinizin əmin-amanlığını pozacaq. Quduzluqdan xəstələnmək bədxahların fitnə-fəsadına işarədir. Əgər yuxuda sizi quduz heyvanlar yeyərsə, real həyatda dostlarınızın hiylə və yalanından özünüzü qoruyun. Qarın yatalağı xəstəliyi sizə xəbərdarlıq edir: düşmənlərinizdən qorunun və sağlamlığınıza qarşı diqqətli olun. Yuxuda “vodyanka” xəstəliyindən əziyyət çəkmək hansısa ağır xəstəlikdən sağalmaq deməkdir. Əgər başqası bu xəstəliyə tutulubsa, xoş xəbərlər gözləyin. Yuxuda qanqrena olmaq irəlidə yaxşı heç nə vəd Ardı »

X hərfiYuxuda Xoruz görmək

Yuxuda xoruz görmüsünüzsə, bəxtiniz gətirəcək və prestijiniz artacaq, lakin bu xoşbəxtliyiniz sizi təkəbbürlü və şöhrət düşkünü olan adama çevirəcək.Yuxuda xoruzların döyüşünü görmüsünüzsə, bu, mübahisələr və rəqabətdən xəbər verir. Yuxuda xoruzun səhər tezdən banlamasını eşitmək yaxşı əlamətdir, gənclərə uğurlu evlilik və evdə bolluğa işarədir. Xoruz axşam və ya gecə banlayıbsa, bir neçə dəfə ağlayacağınız gözlənilir. Həmçinin apostol Pyotr xoruz banlamasını eşidən kimi, Xristin sözlərini xatırladığı kimi, bu yuxu da sizi səhv addımlara qarşı xəbərdar edir. Ardı »

X hərfiXAKİ RƏNG

Röyada xaki rəng görmək – yuxu sahibi oğlandırsa əsgərliyə gedəəcək, gənc qız isə ərə gedib ailə quracaqdır.

ardı yaxın zamanlarda əlavə olunacaq … Ardı »

X hərfiYuxuda xına görmək

Yuxuda xına görmək adamın həyatındakı müsbət və gözəl inkişaflara işarə edər. Yuxuda xına görmək hörmət və möhtərəmlik, təqdir toplamaq və sevilmək deməkdir. Yuxuda xına yaxmaq qiymətli əşyalara, lüksə və estetikaya olan düşkünlüyə dəlalət edər. Bir qadın əgər yuxuda xına yaxtığını görürsə, sağlamlığa, xoşbəxtliyə və maddi dəyəri çox olmayan amma gözəl və qəşəng əşyalara və ya paltarlara dəlalətdir. Qadının yuxuda əlinə yaxdığı xınanı istədiyi kimi olması ailə həyatındakı əmin-amanlığın və sevginin göstəricisidir. Xınanı xarab olması isə ailə içində problem ya da narahatlıq mənasını verər. Yuxuda saçlarındaki ağı bağlamaq üçün bir kimsənin xına yaxması sağlamlığına qovuşmağa, işində yüksəlişə və çətinlikli günlərin geridə qalacağına Ardı »

X hərfiYuxuda Kanal, xəndək görmək

Yuxuda xəndəyə düşmək işlərdə uğursuzluq və itkilərə işarədir. Əgər onun üstündən keçmisinizsə, bu o deməkdir ki, öz hərəkətinizlə etdiyiniz günahların unudulmasına nail olacaqsınız. Ardı »

X hərfiYuxuda Xaç suyuna salma görmək

Yuxuda xaç suyuna salma mərasimini görmək o deməkdir ki, dostlarınız tərəfindən bəyənilməyən fikirlərinizi müdafiə etməklə öz adınızı möhkəmləndirməlisiniz. Yuxuda xaç suyuna salma mərasimini özünüz qəbul edirsinizsə, bu o deməkdir ki, alçaldacaqlar, lakin başqalarının xeyiri üçün onu mətanətlə aşacaqsınız. İohan Krestitelin İordan çayında Xristin xaç suyuna salması o deməkdir ki, sizi seçim qarşısında daxili mübarizə gözləyir: ya başqalarını saxlamaq üçün ağır əməyə qatlaşmaq, ya da sizi zənginliyə, qeyri-adi vəziyyətə aparan istəklərinizə tabe olmaq. Ardı »

X hərfiYuxuda Xalça görmək

Yuxuda xalça görmək qazanc və dar gününüzdə sizə yardım edəcək varlı dostlara işarədir. Xalça üzərində gəzmək xoşbəxtlik və çiçəklənməyə işarədir. Yuxuda xalça almısınızsa, bu, böyük gəlirə işarədir. Əgər xalça satmısınızsa, sizi xoş və əlverişli səyahət gözləyir. Gənc qadın yuxuda xalça görübsə, bu, onun tezliklə gözəl bir ev sahibi olacağına işarədir.

—————

Yuxuda bahalı xalçalar görmək o deməkdir ki, arzu etdiyiniz dəbdədəli həyat tərzi üçün yaranmısınız. Əgər yuxuda tez-tez xalça görürsünüzsə, bu sizin həyatda bütün arzuları həyata keçirəcəyinizə işarədir. Əgər qız yuxuda xalçalar asılmış otaq görürsə, tezliklə varlı və adlı-sanlı adama ərə gedəcək. Ardı »

X hərfiYuxuda Xarici ölkələr görmək

Yuxuda xarici ölkəyə səfər etmisinizsə və etməyə hazırlaşırsınızsa, bu sizin tezliklə işlədiyiniz şirkətlə birgə xoş səyahətə çıxacağınıza işarədir. Ardı »

X hərfiYuxuda Xeyirxahlıq görmək

Yuxuda xeyirxahlıq axtarmaq o deməkdir ki, siz varlanacaqsınız və həmin gündən etibarən ehtiyaclardan azad olacaqsınız. Kiməsə öz xeyirxahlığını göstərmək itkiyə işarədir. Ardı »

X hərfiYuxuda Xiyaban görmək

Yuxuda xiyaban görmək o deməkdir ki, sizin taleyiniz əvvəlki qədər xoşbəxt və firavan olmayacaq. Bir çox xoşagəlməz qayğılar sizi əhatə edəcək. Gənc qadın üçün gecə vaxtı xiyabanda gəzmək ona xələl gətirəcək şübhəli dostlara işarədir. Ardı »

X hərfiYuxuda Xiyar görmək

Yuxuda xiyar görmək gözəl sağlamlıq və işlərdə inkişafa işarədir. Xəstə üçün belə yuxu tezliklə sağalmağa işarədir. Sevgililər üçün uğurlu dəyişikliklər deməkdir. Ardı »

X hərfiYuxuda Xvorost görmək

Yaşıl xvorost –xoşbəxtlik və sevinc; quru – uğursuzluq; şələlərlə xvorost –yalan xəbərlərə işarədir. Ardı »

X hərfiYuxuda Xəbər, kəşf görmək

Yuxuda xoş xəbər eşitmisinizsə, bu o deməkdir ki, sizi gözəl perspektivlər gözləyir. Bu xəbər kədərlidirsə, yolunuza çoxlu əngəllər çıxacaq. Ardı »

X hərfiYuxuda Xəritə görmək

Yuxuda xəritə görmək işlərinizdə edəcəyiniz dəyişikliklərə işarədir. Məyusluq da ola bilər, lakin dəyişikliklərdən sonra həmçinin, gəlirlərin artması da gözlənilir. Yuxuda xəritə axtarırsınızsa, bu sizin maddi vəziyyətinizin yaxşılaşacağına, ətrafdakıların gözlənilməz narazılığına işarədir. Gənc qadın üçün belə yuxu onun şöhrətpərəstliyinin yüksək vəzifəyə gətirib-çıxaracağına işarədir. Ardı »

X hərfiYuxuda Xəsislik görmək

Yuxuda xəsislik etmək yaxın zamanda maliyyə çətinliklərinə işarədir, ona görə də “qara gününüz”ə”artıq indidən pul atın. Əgər kimisə xəsislikdə ittiham edirsinizsə, bu sizin tezliklə xoşagəlməz situasiyaya düşəcəyinizə işarədir. Bu vəziyyətdən uğurla çıxmaq üçün yaxınalr və dostlarınızın köməyinə ehtiyacınız var. Yuxuda uşağa xəsis olmamağı öyrədirsinizsə, yaxın zamanda öhdəsindən çətinliklə gələ biləcəyiniz çoxlu işlər sizi gözləyir. Ardı »