beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxuda xına görmək

Yuxuda xına görmək adamın həyatındakı müsbət və gözəl inkişaflara işarə edər. Yuxuda xına görmək hörmət və möhtərəmlik, təqdir toplamaq və sevilmək deməkdir. Yuxuda xına yaxmaq qiymətli əşyalara, lüksə və estetikaya olan düşkünlüyə dəlalət edər. Bir qadın əgər yuxuda xına yaxtığını görürsə, sağlamlığa, xoşbəxtliyə və maddi dəyəri çox olmayan amma gözəl və qəşəng əşyalara və ya paltarlara dəlalətdir. Qadının yuxuda əlinə yaxdığı xınanı istədiyi kimi olması ailə həyatındakı əmin-amanlığın və sevginin göstəricisidir. Xınanı xarab olması isə ailə içində problem ya da narahatlıq mənasını verər. Yuxuda saçlarındaki ağı bağlamaq üçün bir kimsənin xına yaxması sağlamlığına qovuşmağa, işində yüksəlişə və çətinlikli günlərin geridə qalacağına işarə edər. Yuxuda bir kişinin saçlarına xına yaxması varlıq və nüfuz mənasını verər. Yuxuda saqqala xına yaxmaq isə dinə olan bağlılığa işarədir.

Yuxuda Xına Yaxmaq

Yuxusunda xına yaxdığını görən adam özü üçün çox xoşbəxtlik verəcək inkişaflar yaşayacaq deməkdir.

Yuxuda barmaqlara Xına Yaxdırmaq

Yuxuda barmaqların xınalı olması mövsüm dəyişikliyinə, ağacların çiçək açıb meyvə verməsinə işarə edər.

Yuxuda ayaqlara Xına Yaxmaq

Yuxuda ayaqlara xına yaxmaq, adamın büdcəsinin aşağı olmasına baxmayaraq bir mala və ya təcrübəyə sahib olacağı mənasını verər.

Yuxuda ovucuna Xına Yaxmaq

Yuxuda ovucu içinə yaxılan xına çox xeyirli və gözəl işlərə dəlalətdir. Yuxusunda ovucunun içinə xına yaxan adam çətinlikli, çətin və qaranlıq günlərini geridə buraxaraq işıqlı günlər görəcək, hətta mal və pul sahibi də olacaq deməkdir.

Yuxuda Kişinin Əlinə Xına yaxması

Yuxuda bir kişi əlinə xına yaxdığını görsə əgər bu adam həm etdiyi işlə həm də etdiyi xeyirlərlə gözəl olaraq xatırlanan, çox sevilən və çox hörmət edilən adam olacaq deməkdir.


Tarix: 23.11.2014 / 14:49 Müəllif: Ebulfez Baxılıb: 1658 Bölmə: X hərfi