beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşağım yemək yemir deyənlərə bura daxil olsun!

Uşağınızla inadlaşmayın
Yemək yeməsi mövzusunda uşağınızla inadlaşmaq problemin daha da artmasına yol aça bilər. Çünki yemək yemə mövzusunda sizin həddindən artıq həssaslığınızı görən uşağınız, zaman içində yemək yoluyla bütün istəklərini etdirə biləcəyini öyrənməkdədir. Bu vəziyyət zamanla ailə ilə uşaq arasında ciddi ünsiyyət problemlərinə gətirib çıxarmaqdadır.
"Ağac yaş ikən əyilər" sözünü unutmayın
Uşaqlıq dövründə sağlam bəslənmə davranışı inkişaf etdirə bilməyən kəslərdə irəlidəki yaşlarda da müxtəlif bəslənmə problemləri görülə bilməkdədir. Bəslənmə hər canlı üçün təbii bir ehtiyacdır. Bu ehtiyacın körpəlikdən etibarən kefli və xoşbəxt bir mühitdə reallaşması uşağın bütün həyatını təsir edəcək bəslənmə davranışının inkişafında rol oynamaqdadır. Ana və atanın, baxıcının masada yemək yemə formaları, yemək sırasındakı danışma və davranışları uşaqların doğru yemək yemə vərdişi qazanmasında əhəmiyyətli bir rol oynamaqdadır.
Uşağınıza doğru bəslənmə vərdişi qazandırmaq üçün bunlara diqqət edin!
Yemək boşqablarını öz ölçünüzə görə deyil; uşağınızın öz ehtiyaclarına və yaşına uyğun olaraq hazırlayın. Uşağınıza lazım olandan çox yeməyə məcbur etməyin.
Uşağınıza yeməyini yeməsi üçün kafi zaman verin; ancaq bu müddət yarım saatdan çox olmamalıdır.
Uşaqlar bir qidaya həddindən artıq düşkünlük göstərərkən, bir başqasını rədd edə bilər. Bunun keçici bir müddət olduğunu bilməli və bir müddət sonra heç yemədiyi qidanı fərqli bir şəkildə təqdim edərək təkrar sınamalısınız.
Yeməklər uşaqların asan qəbul edəcəyi şəkildə hazırlayın. Kiçik dilimlənmiş kök, xiyar, kiçik şəkil verilmiş küftə, siqaret börəyi, çizgi film qəhrəmanlarından ilhamlanaraq hazırlanmış, peçenye, keks kimi uşaqlara yeməyi əyləncəli bir hala gətirə bilərsiniz.
Öz yaşıdları ilə qrup halında yemək yemə, xüsusilə yemək seçən uşaqları fərqli dadları sınamaq mövzusunda cəsarətləndirə bilər
Uşaqlar izah ediləni deyil, gördüyünü təqlid edər. Buna görə ana- ata və baxıcı kimi uşağın baxımından məsul kəslərin öz bəslənmə davranışlarına diqqət etmələri lazımdır.
Uşaqlar bəzi qida qruplarını yeməyi rədd edə bilər.
Məsələn süd içmək istəməyən bir uşağa süd, bir başqa şəkildə təqdim edilə bilər. (Qatıq, sütlü bir şirin, pendir, meyvəli süd və s.). Yenə tərəvəz yeməyən bir uşaq üçün tərəvəz, küftənin içində, makaronun içində onun üçün daha əyləncəli bir hələ gətirilərək verilə bilər.
Ət yemək istəməyən bir uşağın qəbul etməsi lazım olan zülal, yumurta və ya quru paxlalılar verilərək dəstəklənə bilər.
Çörək yemək istəmirsə, makaron, kartof, yarma kimi digər taxıllı qidalarla alması lazım olan kalori dəstəklənilə bilər.
Uşağın qida seçkisindəki prioritetləri diqqətə alınaraq fərqli dad, fərqli rəng və müxtəliflikdə qidalar hazırlanmalıdır. Sağlam bəslənməyi təmin edəcək sonsuz ədəddə qida birləşməsi edilə biləcəyi unudulmamalıdır.
Analar yemək mövzusunda yaradıcı olmalı və yemək saatlarını uşaq üçün əyləncəli bir hala gətirməlidir. Yemək saatlarının bütün ailənin iştirakının təmin edildiyi, faydalı söhbətlərin edildiyi, uşağın xoş vaxt keçirdiyi saatlar olmasına diqqət göstərilməlidir.


Tarix: 06.01.2015 / 14:10 Müəllif: Aziza Baxılıb: 89 Bölmə: Valideynə məsləhət