beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınlar və Kişilərin fərqlili bucağında-Ana və Ata

Fərqliyik, təbii ki.Ana Ata Fərqi bəs…
Biz hormonların əsiri olmuşuq, dəyişən ruh hallarımızla kişilərin başını çeviririk,bunu da qəbul edirik.Amma ana ata olunca fərq bu qədər açılmaz ki!!!Zarafat bir yana, Ana kimə deyilir, Ata kimdir? sualına həqiqi cavablar verirəm:
* Eyni anda öz çantasını, uşağının çantasını, uşağının oyuncaq qutusunu, market torbasını, uşağının ayaqqabısını və bir tərəfdən də ev açarını tapmağa çalışan adama ana; kompüter çantasını arvadına verərək oğulunu qucaqlayana da ata deyilir.
* 5 dəqiqədə duş alıb 10 dəqiqə içində həm özünü həm də uşağını hazırlayana ana; o 15 dəqiqə boyunca köynəyinə jaket axtarmaqla məşğul olduqdan sonra qapının qarşısında çantasını yığışdıran arvadına ‘daha hazırlanmadınmı?' deyə soruşana ata deyilir.
* Yuxusuzluqdan öldüyü halda yatmamaqda müqavimət göstərən adama ana; ‘yuxusu yoxdur müəyyən, olsa gedər yatar onsuzda' deyənə də ata deyilir.
* 1 saatda üç növ yemək, üstünə də salat hazırlayıb bir tərəfdən də uşağını yedirənə ana; iki çəngə qoymaqlq süfrəyə ‘süfrəni hazırladım' deyənə də ata deyilir.
* Gecədə beş dəfə qalxdığı halda şikayət etməyə haqqı olmayana ana;‘dünən yuxum pozuldu oğlanın ağlamalarından' deyə şikayət edənə də atadeyilir.
* Uşağı xəstələndiyində səhərə qədər başında gözləyənə ana; işdən evə zəng edərək arvadına ‘dərmanlarını verdinmi?' deyə soruşana ana deyilir.
* Bazar səhəri havanın gözəl olduğunu görüb uşaqlarını parka aparmağı planlayana ana; ‘bu havada idman etməli, siz parka gedin mən qaçacağam' deyərək özünü küçəyə atana ata deyilir.
Bütün bunları açıq açıq yazana ana; ‘heç də deyil, market torbalarını sənə daşıtdırmıram' deyərək vəziyyətə son nöqtəni qoyana da ata deyilir.
Bu dialoqların sonunda bir-birinə hələ də gülümsəyənlərə də Aşiq deyilir.


Tarix: 06.01.2015 / 14:09 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Valideynə məsləhət