beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ulu bir sərkərdə,ulu bir öndər.

Gəlişinlə qurtulubdur bu vətən,
Sən oldun bu xalqa ümid və güvən.
Sən oldun dar gündə köməyə yetən,
Ulu bir sərkərdə,ulu bir öndər.

Ucaltdı hər yerdə bayrağımızı
Yazdı tarixlərə ad-sanımızı
Tanıtdı dünyada varlığımızı,
Ulu bir sərkərdə,ulu bir öndər.

Hara baxırsansa nişanələri.
Özündən sonrakı abidələri
Bizləri tərk etmir xatirələri.
Ulu bir sərkərdə,ulu bir öndər.

Heydər adı dastanlara çevrildi,
Onun qüdrətini yer üzü bildi.
Allah onu yurdumuza yetirdi,
Ulu bir sərkərdə,ulu bir öndər.

Zəhməti ilə dirçəlti yurdunu,
Gücləndirdi yenilməyən ordunu.
Ödəyibdir min rəhbərin borcunu,
Ulu bir sərkərdə,ulu bir öndər.

Bu idi məqsədi vətən ucalsin,
Oğullari düşmənləri dağlasin.
Analar gözünü sevinc ağlatsin,
Ulu bir sərkərdə,ulu bir öndər.


Tarix: 26.12.2014 / 16:27 Müəllif: Aziza Baxılıb: 42 Bölmə: VƏTƏN ŞEİRLƏRİ