beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Android 4.4.3 gəlir

Nəhəng axtarış sistemi olan Google keçən ilin sonlarında mobil əməliyyat sistemi Androidin son versiyası hesab edilən Android 4.4 KitKat ilə məşhurlaşmışdı. Bu ixtiranın ardından Android 4.4.2- ni bazara təqdim edən Google, son bir neçə həftədir ki, artıq Androidin yeni versiyası 4.4.3 ilə gündəmə gəlir. Adı çəkilən məhsul hələ açıq şəkildə bazara çıxarılmasa da, artıq onun quruluşu haqqında ilkin məlumatlar məlumdur.
Bu məlumatlarda göstərilir ki, Google Android 4.4.3 ilə özündən əvvəlki məhsullardakı bir çox xətaları aradan qaldırmaq istəyir. Buna görə də yeni sistemdən o qədər də böyük dəyişikliklər gözlənilmir.
Bu yenilik ilə həddindən artıq enerji sərfinin aradan qaldırılacağı ehtimal edilir. Yeni modelin tətbiq edilməsinin müsbət tərəflərindən biri də onun kamera problemini aradan qaldıracağına olan ümidlərdir. Eyni zamanda bu versiyadan gözlənilənlər sırasına aşağıdakılar da daxildir:

*Tətbiq və oyunlar əvvəlki versiyaya nisbətən 17 % daha sürətli olacaq.
*Wi-Fi və Bluetooth vasitəsi ilə bulud xidmətli print dəstəyi olacaq.
*Knock On funksiyası daha da inkişaf etdiriləcək.


Tarix: 07.01.2015 / 13:38 Müəllif: Aziza Baxılıb: 62 Bölmə: Texnobaz