beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu günün tarixi (17.03.2013)

763-cü ildə Abbasi xəlifəsi Harun ər-Rəşid dünyaya gəlib

1406-cı ildə görkəmli islam alimi, sosioloq İbn Xəldun vəfat edib

1521-ci ildə Fernan Magellan Filippin adalarını kəşf edib

1778-ci ildə Fransa ABŞ-ın müstəqilliyini tanıyıb

1834-cü ildə Alman avtomobil konstruktoru Qotlieb Daymler dünyaya gəlib

1853-cü ildə Avstriyalı fizik Kristian Dopler vəfat edib

1861-ci ildə İtaliya krallığı təşkil edilib

1881-ci ildə aktyor Hüseyn Ərəblinski (Xələfov) dünyaya gəlib

1883-cü ildə Karl Marks Londonda dəfn edilib

1917-ci ildə Rusiya Müvəqqəti hökuməti Bakıda yerli hakimiyyət orqanı olan “İctimai Təşkilatların İcraiyyə Komitəsi”ni təsis edib

1920-ci ildə ADR-in xarici işlər naziri Fətəli xan Xoyski Çiçerinə növbəti dəfə nota göndərib. Rusiya tərəfi notaya cavab verməyib.

1920-ci ildə Vladimir İliç Lenin Qafqaz Cəbhəsi Hərbi İnqilab Şurasına Bakını işğal etmək barədə teleqram göndərib

1921-ci ildə Londonda ilk ailə planlaması mərkəzi açılıb.

1922-ci ildə Dövlət Dram Teatrında Nəcəf bəy Vəzirovun “Keçmişdə qaçaqlar” faciəsinin ilk tamaşası olub

1937-ci ildə SSRİ-də kəndlilərin yaşadıqları ərazini tərk etməsini məhdudlaşdıran qanun qəbul edilib

1950-ci ildə ABŞ-da 98-ci kimyəvi element – kalifornium sintez edilib

1991-ci ildə “SSRİ-nin saxlanmasına dair” referendum keçirilib

1992-ci ildə Hizbullahın Buenos-Ayresdəki İsrail səfirliyinə bombalı hücumu nəticəsində 28 nəfər ölüb, 240 nəfər yaralanıb

1992-ci ildə Azərbaycan Respublikası Almaniya ilə diplomatik əlaqələr yaradıb

1995-ci ildə Prezident fərmanı ilə ləğv edilən Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) dövlət çevrilişi cəhdi iflasa uğrayıb

1997-ci ildə Qafqaz İslam Universiteti Bakı İslam Universitetinə çevrilib

2004-cü ildə Keçmiş baş nazir Surət Hüseynov amnistiyaya düşərək həbsdən azad edilib


Tarix: 17.03.2013 / 14:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 214 Bölmə: Tarixdə bu gün