beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanın tanınmış diktoru vəfat etdi

Azərbaycanın tanınmış diktoru Hicran Hüseynov bu gün saat 15:00 radələrində 71 yaşında vəfat edib. Diktor Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib. Bu barədə mərkəzin baş həkimi Tərlan Bəbirov ANS PRESS-ə məlumat verib. H.Hüseynov qaraciyər serrozundan əziyyət çəkirmiş. Həkimin sözlərinə görə, diktor 4 gün bundan əvvəl xəstəxanaya yerləşdirilibmiş. Lakin həkimlərin səylərinə baxmayaraq tanınmış jurnalistin həyatını xilas etmək mümkün olmayıb. H.Hüseynov daxili qanaxmadan dünyasını dəyişib.

Qeyd edək ki, diktor uzun müddət qaraciyər serrozundan əziyyət çəkib. 1971-ci ildən AzTV-də əmək fəaliyyətinə başlayan Hicran Hüseynov ali dərəcəli diktor vəzifəsinə qədər yüksəlib. Əsasən gənclər üçün hazırlanmış proqramların aparıcısı kimi, sonralar informasiya proqramlarının, “Günün ekranı” və “Xəbərlər” proqramının daimi aparıcısı kimi fəaliyyətini davam etdirib. 2006-cı ildə prezidentin fərmanı ilə Respublikanın “Əməkdar artisti” fəxri adına layiq görülüb.


Tarix: 01.03.2013 / 20:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 182 Bölmə: Tarixdə bu gün