beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu günün tarixi (20.02.2013)

1832 - Çar ordusunun Qafqaz korpusunda qulluq edənAbbasqulu ağa Bakıxanov müsəlman məktəbləri barədə layihə hazırlayaraq Rusiyasının Qafqaz hakimi baron Rozenə təqdim edib. Layihə müsəlman uşaqları üçün dünyəvi məktəblərin açılmasını nəzərdə tuturdu. Qafqaz hakiminin diqqətə almadığı layihə bir əsr sonra, 1957-ci ildə Tbilisi arxivində aşkarlanıb.

1907 - Çar Rusiyasının ikinci Dövlət Duması fəaliyyətə başlayıb. Birinci Dumada (1906) olduğu kimi, ikinci Dumanın tərkibində də 5 azərbaycanlı deputat (Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Mustafa Mahmudov, Məhəmməd ağa Şahtaxtinski və Zeynal Zeynalov) vardı. İkinci Dumanın ömrü daha qısa oldu və iyunda çar II Nikolayın fərmanı ilə buraxıldı.

1928 - Tanınmış şair, dramaturq Əliağa Kürçaylı (1928-1980) anadan olub.

1938 - Xalq artisti Arif Babayev anadan olub. Azərbaycan muğam sənətinin inkişafındakı xidmətlərinə görə 2008-ci ildə "İstiqlal" ordeni ilə təltif olunub.


1948 — II Dünya müharibəsindən sonra İosif Stalin tərəfindən sosialist düşərgəsinə təzəcə daxil edilmiş Çexoslovakiyada ilk antikommunist çıxışları başlanmışdır.

1978 — Leonid Brejnev özünün SSRİ-nin ən yüksək hərbi təltifi, "Qələbə" ordeninə layiq görülməsi barədə fərman imzalamışdır.

1988 - Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Xalq Deputatları Sovetinin erməni deputatları qeyri-legitim növbədənkənar sessiya çağıraraq "Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsi haqqında" qərar qəbul ediblər. Bu barədə SSRİ Ali Sovetinə müraciət qəbul olunub. DQMV-nin Xalq Deputatları Sovetinin mandatı 1988-ci ilin yanvarında bitmişdi və ermənilərin qəbul etdiyi qərar qeyri-legitim idi. Bu hadisə Qarabağ konfliktinin rəsmi tarixinin başlanğıcı hesab olunur.

1992 - Azərbaycanla Almaniya arasında (ölkəmizin müstəqilliyini 1992-ci il yanvarın 12-də tanıyıb) diplomatik münasibətlər qurulub.

1992 — Azərbaycan Respublikası Avstriya ilə diplomatik əlaqələr qurmuşdur.

1996 — Azərbaycan Respublikası Sloveniya ilə diplomatik əlaqələr qurmuşdur.


Tarix: 20.02.2013 / 20:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 287 Bölmə: Tarixdə bu gün