beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

6 Mart 2015

Dünyada olan hadisələr
1869 — Dmitri Mendeleyev “Dövri sistem”in ilk variantını Rus Kimya Cəmiyyətinə təqdim edib
1899 — Alman kimyaçı Feliks Hofman aspirini patentləşdirib
1902 — Real Madrid futbol klubu təşkil edilib
1953 — Stalinin vəfatından sonra SSRİ-yə rəhbərlik Georgi Malenkova həvalə edilib
1957 — Qana Respublikası müstəqilliyini elan edib.
1960 — İsveçrədə qadınlar bələdiyyə seçkilərində iştirak hüququ əldə edib.
1964 — Boks üzrə dünya çempionu Kassius Kley özünə Məhəmməd Əli adını qəbul etmişdir.
2008 — Rusiya xarici işlər Nazirliyi Abxaziya ilə ticarətə dair qadağanı ləğv etmişdir.

Azərbaycanda olan hadisələr
1992 — Ali Sovetin sessiyasında prezident Ayaz Mütəllibov istefa verib. Ölkəyə rəhbərlik Ali Sovetin bir gün əvvəl seçilmiş sədri Yaqub Məmmədova həvalə edilib
2000 — Prezident Heydər Əliyev “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi” haqqında fərman imzalayıb
2003 — Bakıda QDİƏT (Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı) regionunda yük daşımalarının asanlaşdırılması haqqında Anlaşma Memorandumu imzalanıb

Doğumlar
1475 — Mikelancelo - İtalyan heykəltaraş, rəssam, memar və şair
1937 — Valentina Tereşkova - İlk qadın kosmonavt
1946 — Devid Gilmor Pink Floyd qrupunun liderlərindən biri.

Ölümlər
1883 — Karl Vitte
1900 — Qotlieb Daymler - Alman mühəndis, benzin mühərrikin müəllifi
1955 — Məhəmməd Əmin Rəsulzadə - Azərbaycan Xalq Cümhuriyyətinin banisi Ankarada vəfat edib


Tarix: 05.03.2015 / 10:16 Müəllif: Aziza Baxılıb: 362 Bölmə: Tarixdə bu gün