Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu gün Məhəbbət Kazımov dünyasını dəyişib.

27 yanvar 2014

Müğənni Məhəbbət Kazımov
dünyasını dəyişib.Bu gün səhər
saatlarında onun rəhmətə getməsi
xəbəri yayılıb. Xatırladaq ki, müğənni
bir müddətdir xəstəlikdən əziyyət
çəkirdi.
Əsl adı Möhübbət Allahverdi oğlu
Kazımov 1953-cü il iyul ayının 2-də
Laçın rayonunun Çorman kəndində
anadan olub. Kiçik yaşlarından
istedadına görə digər bacı-
qardaşlarından seçilib. Musiqi təhsili
alması üçün qohum-əqrabanın təkidi
ilə 1974-cü ildə Bakı şəhərinə
getmişdir. Asəf Zeynallı adına musiqi
texnikumuna qəbul olunub. İlk
muğam dərslərini Nəriman Əliyevdən
almış, sonradan Ağaxan Abdullayevin
sinifində oxuyub.
1976-cı ildən professional səhnədə
çıxış edir. “Dan Ulduzu” ansamblının
solisti olmuşdur. Azərbaycanın bir çox
konsert salonlarında öz
tamaşaçılarına solo konsertlər
vermişdir. Bir çox xarici ölkələrdə,
Türkiyədə, Rusiyada, İranda,
Çexoslovakiyada və.s ölkələrdə qastrol
səfərlərində olubdur. Məhəbbət
Kazımov əsasən Azərbaycan milli
musiqisi janrında, bir çox tanınmış
mahnı və muğamlar oxuyubdur. Ən
çox sevilən mahnılarından biri də
“Laçınım” mahnısıdır. 14 sentyabr
2012-cin ildə Azərbaycan
Respublikasının “Əməkdar artist”
fəxri adına layiq görülmüşdür.

Allah Rehmet Elesin!!!


Tarix: 27.01.2014 / 14:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 242 Bölmə: Tarixdə bu gün
loading...