Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

26 Fevral 2015

Dünyada olan hadisələr
1797 — İngiltərə Bankı ilk funt sterlinqi tədavülə buraxıb.
1815 — Napaleon Bonapart Elba adasından sürgündən qaçıb.
1829 — "Mavi cins"in ixtiraçısı Oskar Levi Strauss anadan olub.
1870 — Nyu-York metrosu işə düşüb.
1905 — Qafqaz canişinliyi bərpa edilib.
1936 — Hitler Volfsburqda "Volkswagen" zavodunu təntənəli surətdə açıb
1952 — Baş nazir Uinston Çörçil Böyük Britaniyanın atom bombasını istehsal etdiyini və sınaqların Avstraliya səhrasında keçiriləcəyini elan edib
1991 — Səddam Hüseyn Bağdad radiosu vasitəsilə İraq ordusunun Küveytdən çəkildiyini bildirib.
1993 — Nyu-Yorkda yerləşən "World Trade Center"in altındakı avtoparkda bir yük maşınında baş verən partlayış nəticəsində 6 nəfər həlak olub, mindən çox adam yaralanıb.
2001 — Taliblər Əfqanıstanın Bamyan kəndindəki Budda heykəllərini məhv edib. Bu hadisə böyük diplomatik böhran yaradıb.
2004 — ABŞ öz vətəndaşlarına 23 ildən bəri davam edən Liviyaya səyahət qadağasını ləğv edib

Azərbaycanda olan hadisələr
1926 — Bakıda I Türkoloji qurultay işə başlayıb.
1992 — Ermənilər sovet ordusunun 366-cı alayı ilə birgə Xocalıda qırğın törədib.
1992 — Azərbaycan Respublikası Banqladeş ilə diplomatik əlaqələr qurmuşdur.
1998 — Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Yaponiyanın "MİTSUİ" Neft Şirkəti arasında pay bölgüsü haqqında Saziş imzalanıb.
2003 — Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında "Şəxslərin Beynəlxalq Cinayət Məhkəməsinə təsliminə dair Saziş" imzalanıb.

Doğumlar
1802 — Viktor Hüqo - fransız yazıçı.
1864 — Əli bəy Hüseynzadə - Azərbaycan ədibi, filosof və ədəbiyyat tənqidçisi.
1954 — Rəcəb Tayyib Ərdoğan - Türkiyə Respublikasının 12-ci prezidenti.

Ölümlər
1992 — Əlif Hacıyev, Azərbaycanın Milli Qəhrəmanı, Xocalı aeroportunun rəisi.
1992 — Ələsgər Novruzov, Azərbaycanın Milli Qəhrəmanı.
1992 — Tofiq Hüseynov, Azərbaycanın Milli Qəhrəmanı.
1992 — Araz Səlimov, Azərbaycanın Milli Qəhrəmanı.
1992 — Natiq Əhmədov, Azərbaycanın Milli Qəhrəmanı.
2004 — Boris Trajovski, Makedoniya Respublikasının prezidenti, Bosniya və Herseqovinada təyyarə qəzası nəticəsində həlak olub.


Tarix: 25.02.2015 / 11:08 Müəllif: Aziza Baxılıb: 408 Bölmə: Tarixdə bu gün
loading...