beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

20 Yanvar faciəsindən 24 il ötür.

20 Yanvar faciəsindən 24 il
ötür
Azərbaycanda 1990-cı il yanvarın 20-də
baş verən faciədən 24 il keçir
20.01.2014 09:19 Azərbaycanın hökumət və dövlət
nümayəndələri, diplomatik korpusun
təmsilçiləri, sıravi vətəndaşlar 20 Yanvar
faciəsinin qurbanlarının dəfn olunduğu
Şəhidlər Xiyabanını ziyarət edirlər.
20 Yanvar faciəsinin 24-cü ildönümü ilə
əlaqədar Daxili İşlər Nazirliyində hazırlanmış
tədbirlər planına əsasən, yanvarın 20-si
səhər saat 8-dən axşam saat 18-dək
Parlament prospekti və Mehdi Hüseyn
küçəsində nəqliyyatın hərəkəti tam
məhdudlaşdırılıb. Dünya ictimaiyyətinin
diqqətini Qanlı Yanvar faciəsinə yönəltmək
üçün Azərbaycanın xarici ölkələrdəki
səfirlikləri, diplomatik nümayəndəlikləri,
Azərbaycan icmaları tərəfindən də müvafiq
tədbirlər həyata keçirilir. Yanvarın 20-də Bakı
vaxtı ilə saat 12.00-da ölkə ərazisində
şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad
ediləcək, gəmilər, avtomobillər və qatarlar
səs siqnalları verəcək. Ölkə ərazisində matəm
əlaməti olaraq Azərbaycanın dövlət
bayraqları endiriləcək.
Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-
nə keçən gecə sovet ordusu Bakı şəhərinə
daxil olaraq, dinc əhalini vəhşicəsinə
gülləbaran edib. Hadisə nəticəsində 137
nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841
nəfər qanunsuz olaraq həbs edilib.
1994-cü ildə Azərbaycan Milli Məclisi 20
Yanvar faciəsi ilə bağlı xüsusi qərar qəbul edib.


Tarix: 20.01.2014 / 10:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 148 Bölmə: Tarixdə bu gün