beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məhəmməd Peyğəmbərin mövludu həftəsi başlayır

Məhəmməd Peyğəmbərin
mövludu həftəsi başlayır
Dünyanın sonuncu peyğəmbəri Məhəmməd
Hicri təqviminin 572-ci ilində dünyaya gəlib

Bu günlər İslam aləmində ən müqəddəs
həftələrdən biri hesab olunur. Cümlə
müsəlmanların Peyğəmbəri Məhəmməd
(s.ə.s) mövlüdu məhz bu günlərə təsadüf
edir. İslam tarixinə görə, dünyanın sonuncu
peyğəmbəri Məhəmməd Hicri təqviminin
572-ci ilində dünyaya gəlib.
Din xadimi, Hacı Şahin Həsənli: “Onun
doğum tarixi ilə bağlı bir neçə günlük fərqi
isə aradan qaldırmaq məqsədilə 1981-ci ildə
Ayətullah Xomneyinin təklifi ilə, 1989-cu
ildən isə Türkiyə Diyanət Vəqfi Peyğəmbərin
doğumunu “Doğum həftəsi” altında bir
həftə - Rəbiüləvvəl ayının 12-dən 17-dək
bayram etməyi daha uyğun hesab edib. Bu
fikir digər müsəlman ölkələri tərəfindən
rəğbətlə qarşılanıb. Müsəlmanlar həmin
həftəni dünyanın hər yerində bayram edirlər.
Buna “Mövlud”, yaxud “Mövlud bayramı”
deyirlər.
Kiçik yaşlarından valideynlərini itirən
Məhəmməd əmisi Əbu Talibin himayəsində
böyüyüb. Qurana görə, Peyğəmbər adi
insandır, möminlərə şəfqətli və
mərhəmətlidir, yaxşı əməl sahiblərinə
cənnətdən müjdə verən, pis əməl sahiblərini
cəhənnəm əzabından xəbərdar edəndir,
möminlərə onların özlərindən daha yaxındır.
Allah onu insanlar arasında seçmiş, özünə
rəsul-elçi etmiş, doğru yolu göstərən
sonuncu rəhbərlik kitabı Quranla aləmlərə
rəhmət olaraq peyğəmbər göndərib.
Odur ki, Quranda buyurulur: “Səni də (Ya
Rəsulum!) aləmlərə (bütün insanlara və
cinlərə) ancaq bir rəhmət olaraq göndərdik”.
Allah onu gözəl əxlaqına görə insanlara
təqlid nümunəsi kimi vəsf edir:
“Allahın Rəsulu Allaha, Qiyamət gününə ümid
bəsləyənlər və Allahı çox zikr edənlər üçün
gözəl nümunədir. Peyğəmbərə iman
gətirməklə, onun dediklərinə əməl etməklə,
onu müqəddəs tutmaqla insan böyük savab
qazanır, axirətdə yüksək dərəcələrə və əbədi
səadətə nail olur”.
Hicri təqvimin 635-ci ilində bəşəriyyətin
sonuncu Peyğəmbəri Məhəmməd dünyasını
dəyişsə də onun mövludu fəlsəfəsini onu
sevənlər daha da genişləndirdilər.
Məhəmməd Peyğəmbərin keçdiyi həyat
yoluna bir daha nəzər salmaqla hər bir
müsəlmən onun yüksək insani
keyfiyyətlərindən, əxlaqı dəyərlərindən ibrət
götürür, əməli saleh, xoşxasiyyətli, gözəl
əxlaqlı olmağa çalışır. Adı gözəl, özü gözəl
peyğəmbərimiz kimi.


Tarix: 12.01.2014 / 14:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 248 Bölmə: Tarixdə bu gün