beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çingiz Mustafayev ABŞ muzeyində

Vaşinqtondakı mətbuat muzeyində (Newseum) Ümumdünya Mətbuat Azadlığını Müdafiə Günündə yeni stendlər yaranıb. Turan-ın məlumatına görə, onlar arasında vəzifəsini həyata keçirərkən qətlə yetirilmiş yeddi Azərbaycan jurnalistinin, o cümlədən, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adları və fotoşəkilləri də var.

Qeyd edək ki, bu muzey ABŞ paytaxtında Kapitolinin yaxınlığında yerləşir və Amerikanın ən çox ziyarətçisi olan muzeyləri arasındadır.

Muzey öz-özlüyündə söz azadlığının rəmzidir. Ziyarətçi girişdə din, söz, mətbuat, toplaşmaq və birləşmək azadlıqlarına zəmanət verən ABŞ Konstitusiyasına birinci düzəlişlə qarşılaşır.


Tarix: 04.05.2013 / 17:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 277 Bölmə: Tarixdə bu gün