beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

***QaRaNQuW***

Qaranquş!!! Qaranquşun biri, bir
adama aşiq olmuş. Pəncərənin
önünə qonmuş, bütün cəsarətini
yığmış, tüklərini qabartmış,
sonra kiçik sevimli dimdiyiylə
şüşəyə vurmuş. Tıq.....
Tıq. .....Tıq.... Adam şüşəyə
baxmış. Amma içəridə öz
işləriylə məşğul olurmuş..
Məşğulmuş! Kimmiş onu işindən
saxlayan? Kiçik bir qaranquş!
Həyəcanlı qaranquş, təlaşını
basdırmağa çalışaraq, dərin bir
nəfəs almış dimdiyini açmış,
sözlər tökülməyə başlamış. Ey
adam! Mən səni sevirəm.
Səbəbini soruşma. Uzun
zamandır səni izləyirəm. Bu gün
cəsarət tapdım danışmağa.
Xahiş edirəm pəncərəni aç və
məni içəri al. Birlikdə yaşayaq.
Adam birdən parlamış: Yox daha
nələr? Dayandıq yerdə sən də
haradan çıxdın indi? Olmaz,
götürə bilmərəm, demiş. Səbəbi
də: Sən bir quşsan! Heç quş,
insana aşiq olarmı? Qaranquş
peşman olmuş. Başını önünə
əymiş. Amma ruhdan düşməmiş,
bir müddət sonra təkrar
pəncərəyə gəlmiş, gülümsəyərək
bir dəfə daha şansını sınamış:
Adam, adam! Haydı aç artıq bu
pəncərəni. Al məni içəri! Mən
sənə dost olaram. Heç canını
sıxmaram! Adam qərarlı, adam
israrlı: Yox ,yox mən səni içəri
götürə bilmərəm demiş. Bir az
da kobuduymuş, sözü qısa
kəsmiş. İşim gücüm var, get
başımdan. Aradan bir zaman
keçmiş, qaranquş son dəfə
adamın pəncərəsinə gəlmiş: Bax
soyuqlar da başladı, üşüyürəm
çöldə. Aç bu pəncərəni al məni
içəri. Yoxsa, isti yerlərə köç
etmək məcburiyyətində
qalaram. Çünki mən ancaq istidə
yaşayaram. Peşman olmazsan,
səni əyləndirərəm.. Birlikdə
yemək yeyərik, bax həm də sən
də təksən' təkliyini paylaşaram,
demiş. BƏZİLƏRİ GERÇƏKLƏRİ
EŞİTMƏYİ SEVMƏZMİŞ! Adam bu
təklik məsələsinə incimiş. Çox bir
əsəbiləşmiş: Mən təkliyimdən
məmnunum, demiş. Quşdan onu
rahat buraxmasını istəmiş.
Dümdüz qovmuş. Qaranquş ,
son sınağından da
müvəffəqiyyətsizliklə çıxınca,
başını önünə əymiş, çəkib
getmiş. Yenə aradan zaman
keçmiş. Adam, əvvəl düşünmüş,
sonra öz-özünə etiraf etmiş:
Hay mənim ağılsız başım; demiş.
Nə qədər axmaqlıq etdim!
Gözlənilməz bir anda qarşıma
çıxan bir dostluq fürsətini əldən
verdim. Niyə onun təklifini
qəbul etmədim ki? İndi belə
tənha oturacağıma , keyfli vaxt
keçirərdik birlikdə. Peşman
olmuş olmasına amma iş işdən
keçmiş. Yenə də öz özünü
rahatlaşdırmağı laqeyd
yanaşmamış: İstilər başlayınca,
qaranquşum necə olsa yenə
gələr. Mən də onu içəri alar,
xoşbəxt bir həyat sürərəm. Və
çox uzunca bir müddət, istilərin
gəlməsini gözləmiş. Gözü
yollardaymış. Yaz gəlmiş, başqa
qaranquşlar gəlmiş. Amma......
Onunki heç görünməmiş. Yazın
sonuna qədər pəncərəsi açıq
gözləmiş amma boşuna.
Qaranquş yoxmuş! Gələn başqa
qaranquşlardan soruşmuş
amma görən olmamış. Sonunda
məsləhətləşmək və məlumat
almaq üçün bir müdrik adama
getmiş. Olanları izah etmiş.
Müdrik adam gözlərini adama
dikmiş və demiş ki:
"QARANQUŞLARIN ÖMÜRÜ 6
AYDIR...." HƏYATDA BƏZİ
FÜRSƏTLƏR VARDIR, YALNIZ BİR
DƏFƏ ƏLİNİZƏ KEÇƏR VƏ
QİYMƏTLƏNDİRMƏSƏNİZ UÇUB
GEDƏR! HƏYATDA BƏZİ İNSANLAR
VARDIR, YALNIZ BİR DƏFƏ
QARŞINIZA ÇIXAR; DƏYƏRİNİ
BİLMƏSƏNİZ QAÇIB GEDƏRLƏR! VƏ
ƏSLA GERİ DÖNMƏZLƏR! Diqqətli
olun...Və bir düşünün görək;
Görəsən siz bu günə qədər
pəncərənizdən neçə qaranquş
qovdunuz?


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 85 Bölmə: Sevgi varmı?