Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cox Maraqlidi !!!

Bir yaxın dostumuzun ad günündəydik...Bir anda gözündən yaşlar axmağa başladı... Qulaqları kar edə biləcək qədər mahnı içindəydik... Səslənən mahnıya duyğulandı deyə düşündüm... Amma bir baxdım ki, səslənən mahnı ritmik bir mahnıdır... Burda duyğulanıb ağlamalı nə var ki?”Nə oldu?” deyə çağırdım... Eşitmədi... Mahnı səsi imkan vermirdi səsimi eşitsin.. Yanında oturan qıza işarə edib onu çağırmasın...ı istədim... İşarəylə “nə oldu?” deyə soruşdum... Əliylə “boş ver” işarəsi verdi...Yaxşı, boş vermə asandır, amma sən niyə ağlayırsan? Bəlkə görməmişəm kiminləsə mübahisə edibsən..Bəlkə evdən zəng ediblər artıq gecdir hələ evə gəlmədiyinə görə danlayırlar... Ayyy öldürmə insanı, niyə ağlayırsan? Bütün bu cümlələri işarəylə ondan soruşmaq istədim, amma bacarmayacağımı hiss edib durdum. Onsuz da mənə baxmırdı. Mobil telefonuna kilidlənmiş barmaqları sürətlə hərəkət edirdi.. Mesaj yazma mövzusunda yarış keçirilsəydi inanıram ki birinci yeri o qazanardı... Nə qədər uzun mesaj olur olsun cəmi bir neçə saniyə ona bəs edirdi...Aradan 10 dəqiqəyə qədər keçdi... Ağlamaqdan makiyajının axdığı üzünü masanın üzərindəki salfet ilə təmizləməyə çalışdı... Daha çox üzünə yaydığını, üzünün qapqara olduğunu sifətimin ifadəsindən hiss etdi.. Qalxıb hamam otağına getdi. Gedərkən arxaya dönüb telefonunu əli ilə mənə göstərdi “Ayrıldıq” dedi...Arxasıyca getdim. Təccübümdən danışmadım bir müddət, daha doğrusu anlamırdım heç nəyi... Biz doğum gününə gələrkən yaxşı idi araları... Hətta yolda ona zəng edib şirin sözlər demiş, özündən mugayat olmasını belə tapşırmışdı.. Nə vaxt qarşılaşdırlar, nə vaxt danışıb, dava etdilər ki, ayrıldılar da üstəlik?Səbəbini soruşdum. Niyə ayrıldıqlarını çox uzun uzun anlatdı. Beynim qarışdı. O ayrılıqda əldə tutulacaq bir səbəb də yox idi. Mənim fikirləşdiyim nə vaxt və necə ayrıldıqları idi..Mesajla ayrılıblar...Mobil telefon çıxdı, namərdliklərmi artdı?! İnsanlar da mesajla ayrılarmı? Sevgi dediyimiz bu qədər yüngülmü yəni?! 5 ildir davam edən bu böyüklükdə məhəbbət telefonun mesaj menyusunda sona çatdı?!Həmin günün sona çatan bir neçə dəqiqəsini də ağlaya ağlaya keçirdi.
Səhərisi gün dözməyib evlərinə getdim. Ağlaya ağlaya mənə baxıb “Bu böyük sevgi qurtardısa deməli hər şey qurtardı” dedi. Böyük sevgimi? Hansı sevgi? Bir mesajla bitən əlaqəyə sevgimi deyilir artıq? Sevgini kim və nə zaman bu qədər ucuz satdı?
İnsanın əvvəl özünə, sonra qarşısındakına və yaşadıqlarına hörməti olmalıdır. Müddəti önəmli deyil, iki insan bir ortaq duyğunu bölüşüb, yaşamışlarsa ayrılıq vaxtı gəldiyində hörmətlə ayrılmağa layiq deyillərmi? Ayrılığın qayda qanunu yoxdurmu görəsən? Yoxdur yəqin, olubsa da qalmayıb deməli artıq!
Texnologiya insan həyatını asanlaşdırmaq, müasirləşməmiz üçündür. Bununla razıyam, ancaq bu da bir az çox oldu. Dünyaya baxışınız, sevgiyə, dostluqlara hörmətimiz çərçivədən çıxır məncə artıq. Fikirləşirəm ki, sevdiyim ayrılığımızı telefonuma mesaj göndərərək bildirirsə bunu ancaq telefonu başında sındırdıqdan sonra edə bilər! Heç kəs qarşısındakını bu qədər aşağılaya bilməz! Sevgi əlaqələrini düzgün yolla getməkdə çoxumuz acizik, burası dəqiqdir. Yara almadan, ürək sındırmadan sevgi olmur elə bil...Bu çoxdan məlumdur artıq.. Və artıq bir çoxumuz da deyəsən normal baxırıq bu hala... Belə olmalıdır deyə... Belə olmalıdırsa kimlər üçünsə qoy olsun! Amma bu gün normal insan kimi ayrıla bilməmək çox təccübləndirir məni.. Görəsən, sevgimiz sadəcə telefondan gələn mesajlaramı idi? Görəsən, görüşə telefonumuzunmu xətrinə gedirdik? Cavab “ bəli” dirsə onda qorxmalı bir şey yoxdur...Deməli heç birləşməmisiniz... Nə də olsa sevgiliniz telefon idi, o da bir yere getmədi yanınızdadır... Xoşbəxt olun!


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 86 Bölmə: Sevgi varmı?
loading...