beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qemli Hekayeler

Bir axşam üstü sakitcə qapımız caldı.
Ailəmizin ən kiçik fərdi olan uç yaşlı
Fidan qızımız başda olmaqla hamımız
qapıya doğru yönəldik. Qapını açdıqda
qarşımızda duran, yaxın qonşumuz
Ağabəyimin dord yaşlı oğlu Əhməd idi. Başı önündə, titrək bir səslə "Anam
buyda?" deyə soruşdu.
Anasının bizdə olmadığını öyrəndikdə,
onsuz da ağlamaq üçün bir bəhanə
axtarırmış kimi dayanan Əhməd
gərginləşdi və dolğun, bir az da ağlamaqlı bir səslə "Anamı heç yeydə
tapa bilmiyəm" dedi.
Bunu eşitcək anam önə keçdi və
Əhmədin başını sığallayaraq; "İçəri gəl,
Fidanın yeni oyuncaqları ilə oyna, anan
bir azdan gələr səni aparar" dedi. Normalda Fidanla oynamaq fikri belə
Əhmədin sakitləşib içəri girməsinə
yetərli səbəb idi.
Araya Fidanın oyuncaqları ilə oynamaq
da girincə Əhməd bizdən çıxmaq
istəməzdi. Amma o axşam istəməyə- istəməyə içəri girdi. Fidanın yeni
oyuncaqlarını gordükdə yaşarmış gözləri
parıldamağa başladı. Bir yandan bizim
Fidanla, bir yandan da oyuncaqlarla
oynayırdı ki, birdən duraqsadı. Bir az
öncə qapıdakı məsum üz xətləri bilinməyə başladı. Kürəyini sakitcə
kresloya dayadı. Əlindəki oyuncağı
buraxmadan, təkrar "Anamı heç yeydə
tapa bilmiyəm" dedi və bu dəfə daha
yanıqlı bir səslə ağlamağa başladı.
Anam onu sakitləşdirməyə çalışarkən, dörd yaşlı bir uşağın anasını
görmədiyinə görə bu cür içdən ağlamağı
mənə bir az qəribə gəlmişdi ki, bir az
zarafat edərcəsinə :"Yekə kişi olmusan,
bir az annandan ayrı qalmağa öyrən
artıq" dedim. Anam qaşlarını çataraq mənə baxdı.
Anamın sakitləşdirmək istəyi həyata
keçməyincə onu anasına götürmək üçün
ayağa durdum, "Yaxşı, dur səni anana
aparım" dedim. Əhmədin əlindən
tutdum və onu yeni gələn qonşumuzu ziyarətə getdiyini bildiyim anasına
apardım. Əhmədi anasına apararkən mənə çox
uşaqca gələn bu hərəkətini bir an olsun
düşünmə fürsəti tapdım. Özümü
düşündüm. Görəsən mən də Əhməd
yaşda olarkən belə idim? Bu düşüncə ilə
uşaqlıq illərimin həkk olunduğu zaman kitabını vərəqlədim. Ama o illərə aid çox
da xatirələrim qalmayıb yaddaşımda.
Xəyal-məyal yadıma düşən bəzi tozlu
xatirələrim oldu ki, bunlar Əhmədin
haqlı olduğunu anlamağım üçün yetərli
idi. Qorxu dolu gözlərlə, qaranlıq gecənin
qucağında oyandığım zaman ağlıma
gəlmişdi. Məni boğarcasına qucaqlayan
bu qaranlıqdan xilas olmaq üçün anamı
axtarmış və "Anamı heç yeydə tapa
bilmiyəm" deyər kimi olmuşdum. Gözlərim qaranlığa alışana və öz
yatağımda olduğumu anlayana kimi bu
hisslər içimdə gəzinmişdi. Bu qorxu və
yalnızlıq hissini boğmağa çalışmış,
amma boğa bilməyincə, yerini bildiyim
anamın yatağına qaçmışdım. Anamı tapmışdım... Qaranlıq gecənin boğucu
qollarından xilas olub, anamın şəfqətli
və hüzur verən qollarına təslim
etmişdim titrəyən vücudumu. Yuxusunun
pozulmasına heç məhəl qoymadan məni
qucaqlayan anamın qollarında hüzurla yuxulamışdım. İçimdə bir yerdə hər zaman bir Əhmədin
olduğunu düşünürəm bəzən. Ürəyim
sıxılanda, ümitsizlik bir qarabasan kimi
üzərimə çullananda, yalnızlıq hər
tərəfdən məni əhatə edəndə, birinin
əlimdən tutmasını və mənə kömək etməsini istəyəndə eynən Əhməd kimi
olduğumu bilirəm. Xarici görünüş
etibarilə üzüm gərilmir. Bəlkə, səsim
onun kimi tel-tel olmur. Bu halda
görünmək hissi mənə çətin gələ bilər.
Bəlkə də mən onun kimi hisslərimi xaricə vurmağı bacarmıram. Amma
içimdə Əhmədin məsum ağlayışlarını
hər zaman duyuram. Yaş irəlilədikcə bu hiss daha ağır gəlir.
Yaşlıları düşünürəm. Yəqin ki, onlar bu
hissi daha dərindən keçirirlər və həm
yaşıdlarından ayrılığın həm də
anasızlığın verdiyi yalnızlıq hissi ilə
qıvranırlar. Təbii ki, onların bu yalnızlığını anlayanlar onlarla bir yaşda
olub bu yalnızlığı yaşayanlardır. Nə ruh
həkimi olmuş oğlu, nə müəllimə olmuş
qızı, nə də bayramdan bayrama
ziyarətinə gələn nəvələri... Nəvələrin
yeri ayrıdır əlbət. Amma aradakı məhəbbət də ayrıdır. Bu ruh halı ilə
yaşayan və yaşlanan yaşlıların da içdən
içə "Anamı heç yeydə tapa bilmiyəm"
dediyini eşidirəm sanki. Əhməd kimi "Anamı heç yeydə tapa
bilmiyəm" dediyimiz anlarda hər qəlb
bir sığınaq, bir dəstəkci axtarır. Sıxıntı
və hüzursuzluq hər tərəfimizi əhatə
etdikdə yardım istəniləcək bir dost,
azğın qalğaların arasından səni çəkib çıxaracaq bir əl, qaranlıq gecədə işığına
sığınılacaq bir qığılcım... Demək insanın iç dünyasını çox gözəl
biləcək, yalnızlığına yoldaş olacaq,
dünyadakı dosların belə vəfasızlaşdığı
bir zamanda qapısına gedilə biləcək,
nazik, üzgün ruhunun incəliklərini bilib,
tələblərinə cavab verəcək həqiqi bir dosta ehtiyacı var.
Həqiqi dostu tapmaq və dost qala bilmək
duası ilə..


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 303 Bölmə: Sevgi varmı?