Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Keshis

Qısa və çox ibrətamiz hekayə
İki keşiş yolda gedərkən, bir su yığınından qarşıya
keçmək üçün gözləyən gənc bir qadını görərlər.
Keşişlərdən biri, gənc qadını qucaqladı və suyun o
biri qarşısına keçirdi. O biri keşiş yoldaşının bu
davranışını başqa bir şəkildə şərh etdi və heç də xoş
qarşılamadı. Təxminən bir kilometr sonra isə, özünü
daha tuta bilmədi, yoldaşına bu davranışının səhv
olduğunu izah etmək istədi:
«Belə bir şeyi necə edə bildin?» dedi.
«Biz keşişik, burax bir qadını qucaqlayıb qarşıya
keçirmək, onlara baxmamız belə qadağandır.»
O biri keşiş, yoldaşına belə cavab verdi:
«Mən o gənc qadını bir kilometr geridə buraxdım»
dedi. «Sən isə onu hələ daşıyırsan.»


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 46 Bölmə: Sevgi varmı?
loading...