beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uc Sari Gul

Əslində supermarketə alış-veriş üçün
girməmişdim. Artıq bir həftə idi ki, 37
illik həyat yoldaşımı - Cavadı
itirmişdim. Bu supermarketdə onunla
birlikdə çox gözəl anlar yaşamışdıq.
Başım alış-verişə qarışanda o, qəflətən yoxa çıxırdı. Hara getdiyini
bilirdim. Həmişə də əlində üç sarı gül
ilə geri qayıdırdı. O, sarı gülləri çox
sevdiyimi bilirdi. Hər dəfə o gülləri
mənə uzadanda, onları ilk dəfə
alırmış kimi həyəcanlanırdım... Marketin rəflərindən bir neçə şey
alıb, səbətə qoydum. Birnəfərlik alış-
veriş etməyin nə qədər çətin olduğunu
anlamışdım. Onun nədən xoşlandığını
yaxşı bildiyim üçün öz istəklərimi də
ona uyğunlaşdırıb, alış-veriş edirdim. Ancaq indi o yox idi. Sanki öz
istəklərim də yadımdan çıxmışdı. Nə
alacağımı fikirləşə-fikirləşə ət satılan
bölmənin qarşısına gəldim. Bu vaxt
sarışın və qəşəng bir qadın da həmin
bölməyə yaxınlaşdı. O, əvvəlcə əlini döymə ət paketinə uzatdı və səbətinə
qoydu. Sonra nə fikirləşdisə, paketi
yenidən yerinə qaytardı. Diqqətlə ona
baxırdım. Bir an göz-gözə gəldik.
Mən gülümsədim. O da qeyri-ixtiyari
olaraq gülümsədi və: “Həyat yoldaşım döymə əti çox sevir. Amma bu qiyməti
ödəməyə imkanım yoxdur“, - dedi.
Toxunsalar ağlayacaqdım. Özümü
güclə saxlamışdım. O qadının
gözlərinin dərinliklərinə baxdım.
“Həyat yoldaşımı bir həftə əvvəl itirdim“,- dedikdə səsim xeyli
kövrəkləşdi: “Bu əti alın və birlikdə
olduğunuz anları doya-doya
yaşayın“. Başı ilə dediklərimi
təsdiqlədi və paketi yenidən səbətinə
qoydu... Mən süd məhsullarının satıldığı
bölməyə yaxınlaşdım. “İndi neçə
litrlik süd almalıyam?“- deyə
düşünərkən yenə həmin sarışın qadın
mənə yaxınlaşdı. Sifətində çox
mülayim və mənalı bir təbəssüm vardı. Gözləri parıldayırdı. “Bunları sizin
üçün aldım“, - dedi və üç sarı gülü
mənə uzatdı. Çaşıb qalmışdım. Axı o,
bu gülləri sevdiyimi və onların mənim
üçün hansı mənanı ifadə etdiyini
haradan anlamışdı? Artıq göz yaşlarımı saxlamaq mümkün deyildi,
hıçqırıqla ağlayırdım...
Sarı güllərə baxdım. Onların sayının
üç dənə olması və rənglərinin


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 117 Bölmə: Sevgi varmı?