Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

UMID

Günahkar bir adamı mühafiz mələklər önündən və arxasından meydana çəkib, onu cəza yerinə sürükləyirdilər. O şəxs onu tutub sürükləyənlərə fikir vermədən göz yaşlarını payız yağışı kimi tökərək üzünü geriyə çevirdi. Sanki nəyəsə ümid edirdi. Birdən Allahdan mələklərə əmr gəldi:

— Ona deyin ki: " Ey fəzilətsiz insan! Qəbahətlərindən qara dəftərini görmədinmi? Daha nəyi gözləyirsən? Boş yerə dayanma! ".
O şəxs bu xəbərdarlığa belə cavab verdi:

— Ey Rəbbim! Bilirsən ki, buyurduğundan yüz, minqat pisəm. Lakin indi yaxşı və pis işlərimi, iman və küfrümü bir yana qoydum. Mən bütün günahlarıma baxmayaraq lütf və mərhəmətinə böyük bir ümid bağladım. Öz əməllərimə deyil, mərhəmətinə sığınıram. Mənə şərəf libası olaraq varlıq verdin. Buna görə də Sənə güvənirəm.

Bir bəndə beləcə həddini bilib, günahlarını etiraf edincə, ilahi məğfirət dadına yetişdi. Rəhman və Rəhim olan buyurdu ki:

— Ey mələklər! Onu mənim hüzuruma gətirin: çünki onun qəlb gözü ümid və niyazdadır. Mən də onun günahlarını əfv edib, onu buraxım. Xətalarını silim. Lütfümdən xoş bir atəş yandırım və bu atəşin ən kiçik qığılcımı günahı da, qüsuru da yandırsın.


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 64 Bölmə: Sevgi varmı?
loading...