beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yanawma Terzi..

Fransada ağır işlərdə işləyən fəhlələr haqqında tədqiqat aparan bir alim böyük bir göydələnin tikildiyi meydançaya gəlir. Alim fəhlələrdən birinə yaxınlaşaraq: “Nə edirsiniz?” – deyə soruşdu. Fəhlə az qala qışqıra-qışqıra: “Məgər görmürsünüz? Bütün günü smentin-qumun tozunu uduram. Üstəlik, gecələr yorğunluqdan yata bilmirəm”, - deyir. (Pessimist)
Alim oaradan uzaqlaşır və çəkinə-çəkinə ikinci fəhləyə yaxınlaşır, ona da eyni sualı verir. Fəhlə: “Kərpic hörürəm. Düzdür, bəzən yoruluram. Ancaq ailəmə, uşaqlarıma pul qazandığım üçün işimdən razıyam”, - deyə cavab verir. (Realist)
Bir az cəsarətlənən alim üçüncü fəhləyə yaxınlaşır və ondan: “Bəs siz nə edirsiniz?” – deyə soruşur. Fəhlə tikilməkdə olan göydələni göstərərək: “Bu şəhərin ən hündür və ən böyük binasını tikirəm”, - deyə cavab verir. (Optimist)


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 37 Bölmə: Sevgi varmı?