beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

OYRENDIM...

Sonsuz bir qaranlığın içindən doğuldum, işığı gördum, qorxdum.
Ağladım. Zamanla işıqda yaşamağı öyrəndim.
Qaranlığı gördüm, qorxdum. Gün gəldi sonsuz qaranlığa yola saldım sevdiklərimi...
Ağladım...

Yaşamağı öyrəndim. Doğumun, həyatın bitməyə başladığı an olduğunu;
aradakı bölümün, ölümdən oğurlanan zamanlar olduğunu öyrəndim.

Zamanı öyrəndim. Yarışdım onunla... Zamanla
yarışılmayacağını, zamanla barışılmayacağını zamanla da öyrəndim...

İnsanı öyrəndim. Sonra insanların arasında yaxşıların
və pislərin olduğunu... Sonra da hər insanın içində yaxşılıq və pisliyin olduğunu öyrəndim.

Sevməyi öyrəndim. Sonra güvənməyi... Sonra da güvənin sevgidən
daha qalıcı olduğunu, sevginin güvənin sağlam çiyinləri üzərində qurulduğunu öyrəndim.

İnsanın bədənini öyrəndim. Sonra bədənin altında bir ruh olduğunu...
sonra da ruhun əslində bədənin üzərində olduğunu öyrəndim...

Kainatı öyrəndim. Sonra kainatı aydınlatmanın yollarını öyrəndim.
Sonunda kainatı aydinlada bilmək üçün əvvəl çevrəni aydınlatmaq lazım olduğunu öyrəndim.

Çörəyi öyrəndim. Sonra barış üçün çörəyin çoxalması lazım olduğunu
sonra da çörəyin haqqını verməyin onu çoxaltmaqdan önəmli olduğunu öyrəndim.

Özümə yazmağı öyrətdim sonra...və bir müddət sonra yazmaq özümü öyrətdi mənə...

Düşünməyi öyrəndim. Sonra qəliblər içində düşünməyi öyrəndim.
Sonra sağlıqlı düşünmənin, qəlibləri qiraraq düşünmək olduğunu öyrəndim.

Namusun önəmini öyrəndim... Sonra namusu olmayandan namus gözləmək
namussuzluq olduğunu, əsl namusun isə günah əlinin
altındaykən, günaha əl toxundurmamaq olduğunu öyrəndim.

Həqiqəti öyrəndim... Sonra həqiqətin acı olduğunu...
Sonra acının yeməkdə olduğu qədər həyata da ləzzət qatdığını öyrəndim.
Hər canlının ölümü dadacağını, amma sadəcə bəzilərinin həyatı dadacağını öyrəndim.

Mən dostlarımı nə qəlbimlə, nə də ağlımla sevirəm.
Olar ki, qəlb durar... ağıl unudar...
Mən də dostlarımı ruhumla sevirəm. O nə durar, nə də ki, unudar


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 82 Bölmə: Sevgi varmı?