Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Darixiram

O qədər darıxıram ki, o, qədər ehtiyacım var ki sənə. Yanımda olsan saçlarına toxunsam öpsəm… Canım, həyatım desəm sənə… Gülümsəsən… Darıxıram gülüşün, baxışın, yanımda yerisin, səninlə vidalaşmalar, o lənət hissləri üçün belə darıxıram…Səninlə bir şeylər danışmaq, səndən bir seylər eşitmək üçün darıxıram….Səni dinləmək, məni dinləmən üçün darıxıram…. Yanında yerimək, səni yanımda hiss etmək üçün darıxıram….
O qədər cox şey yaşadıq ki, səninlə. Mənə öncə özünü sonra özümü sevdirdin.. Cox şey borcluyam sənə.. bəzən hətta qorxuram sənə olan borclarımı necə ödəyəcəyəm deyə…
Bəzən bir carəsizlik, bir ümid çökür beynimə… elə bil məndən başqası yoxdu… inan sən olmadan da çıxmır beynimdən… Əllərindən tutmağa, səninlə danışmağa, dərdləşməyə, saçlarına toxunmağa cox ehtiyacım var…
Bir anlıq deyil bir ömürlük istəkdi bu… Sənə ilk başdan mənimsən deyərdim…səni özümdən bir parça bilirdim… Elə parçam da qalmısan. Hec nə dəyişməyib… ƏN pis vaxtlarımızda, qan ağladığım günlərdə belə.. Günlər keçdikcə bir az daha mənim oldun və olacaksan.. Məndəki mənliyin heç vaxt azalmayacaq gündən günə çoxalacaq… Həyatım bu belə də oldu axı, Olmadımı? Hər gün daha cox mənim olmadınmı?

Hərdən fikirləşirəm haradan haraya gəldik.. Nə sənin nə mənim düşünəcəyimiz bir tək bir “salam” vardı aramızda… Boyudu yüksəldi və biz buralara qədər gəldik…..
Çox az qaldı sənə qovuşmağa yalnız bir neçə gün, bir necə balaca detal və yanındayam…

Məni gördüyundə gözlərimə bax onlar sənə səni nə qədər cox sevdiyimi səninçün nə qədər darıxdığımı deyəcək…Bütün bunları mən nə yazılarım nə də sözlərimlə sənə çatdıra bilərəm…. Sadəcə gözlərim…..
Heç bir şeyə narahat olma həyatım.. Sən hər şeyin ən gözəlinə layiqsən..


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 103 Bölmə: Sevgi varmı?
loading...