Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İki Dost

Çox səmimi iki dost var idi.Ancaq biri çox hiyləgər ,
bic və hərəkətli, digəri isə çox saf , dürüst və səssizdir.
Bir gün hiyləgər olan dost , digər dostunun yanına gedərək
işlərinin pis olduğunu söyləyər və ondan pul istər. Səmimi dostu
onu heç incitməz və əlindəki bütün pulu dostuna verər.

Dostu bu pulla işlərini düzəldər. Bir müddət sonra hiyləgər olan
yenə saf dostunun yanına gedər və saf dostunun evlənmək üzrə olduğu
nişanlısını çox bəyəndiyini və özünə verməsini istər.
Dostu çox təəccüblənər, nə diyəcəyini bələ bilməz.
Lakin aralarında o qədər qüvvətli bir sevgi vardır ki dostuna yox
deyə bilməz, sevgilisini dostuna na verər.
Zaman içində Saf olanın işləri dağılar və birdən dostu ağılına gəlir
( mən ona işləri pis olanda yaxşılıq etmişdim deyərək) dostunun iş yerinə gedər
və özünə işləməsi üçün iş verməsini istər.
Dostu ona iş verməz. Bizimki peşmanlıq və kədər içində geri
dönər amma yenə də dostundan inciməz.
Bir gün küçədə gəzərkən yanına xəstə və yaslı bir adam yaxinlaşır
Kasıb olduğu üçün dərman alamadağını söyləyər. Bizimkinin yaslı kişiyə
yazıqı gələr, istədiyi dərmanları alar evinə aparıb istirahət etdirər oturub söhbət edərlər bir müddət.
Və qısa bir müddət sonra yaşlı adamın öldüyünü eşidər. Yaşlı adam çox
zəngindir və bütün mirasını bizim safa buraxar.Bizim Saf artıq zəngindir.
Bir az da sevdiyi dostuna olan inciyliyi ilə dostunun iş yerinin qarşısında bir ev alır və oraya
yerlesir. Bir gün evinin qapısını dilənçi bir qadın çalır. Yaşlı
qadın çox ac olduğunu, özünə yemək verməsini istər.
Bizim saf heç düsünmədən qadını içəri dəvət edər qarınını doyurar, Kimsəsi
olmadigini öyrəndiyi qadına ;
Özünün də yalnız olduğunu söyləyər və bu evdə birlikdə yaşayaq , sən
evin şlərini və yeməkləri edərsən deyər,
yaşlı qadın heç düsünmədən qəbul edər.
Bir müddət sonra yaşlı qadın bizimkinə, özünə uyğun bir qız tapıb
evlənməsini söyləyər, Bizimki belə bir qızı necə tapacağını,
tanıdığı olmadığnı söyləyər.
Yaşlı qadın ona uyğun bir qız tanıdığını və özüylə
görüşdürə biləcəyini söyləyər.
Görüsmələr nəticəsində evlənməyə qərar verilər və toy dəvətnamələri
paylanar.
Bizimki küskün olduğu halda çox səmimi dostunu yenə də
unutmamışdır .Səmimi
dostuna da dəvətnamə göndərər . Toy günü gəlib çatar . Saf adam
toy salonunda bir şeylər söyləmək istəyiylə mikrafonu götürər
və başlar həyatını izah etməyə ;
''Əvvəllər çox sevdiyim bir dostum var idi . Bir gün işləripis olanda məndən
borc pul istədi , əlimdəki bütün pulu verdim. Evlənmək üzrə olduğum nişanlımı çox
bəyəndiyini söyləyərək məndən istədi. İçim qan ağlayaraq onu da özünə
verdim . Çünki biz gerçək dostduq onun kədərlənməsini istəmədim.
Işlərim pis olanda onun fabrikinə getdim və isləmək üçün
özündən iş istədim. o mənə iş vermədi.
Çox kədərləndim, amma yenə də dostumdan incimirəm Çünki biz gerçək
dostduq.'' Bu çıxış üzərinə hiyləgər olan dostu daha dözə bilməz və mikrafonu əlinə alar baslayar danışmağa;
''Mənim də bir zamanlar çox sevdiyim bir dostum var idi. Işlərim
pis olanda özündən pul istədim,
bütün pulunu mənə verdi. Sonra ondan nişanlısını istədim, kədərlənərək
nişanlısını da verdi .Ancaq nişanlısıni istəməmin səbəbi o qadının dostuma layiq olmamasıydı .
Özü çox saf olduğu üçün dostumu o qadından bu şəkildə
qurtardım. Işləri pis olanda gəlib məndən iş istədi,vermədim,çünki can dostumu
öz əmrimdə işlədə bilməzdim, ona görə iş vermədim. Günün birində
qarşılaşdığı yaşlı kişi mənim atam idi. Atam ölmək üzrəydi, onu dostumun yanına mən
göndərdim və mirasını ona mən buraxtdim.
Evinə gələn dilənçi qadiı isə; mənim anam idi. Ona baxıb yaxşı yaşamasını
təmin etmək üçün göndərdim. Və bu anda evlənməkdə
olduğu qız isə mənim bacımdı. Onu dostuma evlənməsinə mən
razı saldım . Dəyərli qonaqlar, budur biz belə dostuq'' .........


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 103 Bölmə: Sevgi varmı?
loading...