beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

GET...

İlahi, bunlar nə qədər də əzabverici idi!!!! Hər gün sənin sevginə olan şübhəmin artmasi məni necə də incidirdi!! Hər dəfə yaxınlarım mənə səni hansısa qızla parkda gördüklərini,telefonunda qızlara yazdığın sevgi mesajlarını gördüklərini söyləyəndə məni bu insanların qarşısında bu cür gülünc vəziyyətə qoyduğun üçün səni bağışlamayacağıma and içirdim. Sən isə hər şeyi inkar edirdin,onların bizi ayırmaq istədikləri üçün belə dediklərini söyləyirdin mənə. Hər dəfə məni inandırmağa müvəffəq olurdun.. Çünki içimdə bir səs məndən sənə inanmağı, sənə yenə şans verməyi diləyirdi. Yəqin ki, bu səs sənə olan güclü məhəbbətimin səsi idi.. Vaxt ötdükcə artıq deyilənlərin yalan olmadığını, özümü boş xəyallarla aldatdığımı başa düşürdüm.. Şübhələr məni məngənə kimi sıxırdı.. Artıq heç kəsin gözünə görünmək istəmirdim. Çünki hər kəsin baxışında bu sözləri oxuyurdum: heyf bu qızdan ki,o cür qədirbilməz oğlana qismət olub...Hər kəsdə bir tənə,bir istehza hiss edirdim. Artıq bu istehzalar da, məni inandırmaq üçün mənə dediyin yalanlar da məni tamam bezdirmişdi... Hər dəfə sən məni inandırmaq üçün ustalıqla yalan uydurduqda sənə olan sevgim yavaş-yavaş azalırdı.. Çünki mən səni belə sevməmişdim.. Mən səni düzgünlüyünə, səmimiliyinə görə sevmişdim.. İndi isə səndən belə yalanlar eşitdikdə fikirləşirdimki, qarşımdakı mənim haçansa sevdiyim insan deyil,sadəcə məni öz yalanlarıyla aldatmağa çalışan hansısa vicdansızdır.. Bax,məhz bunlara görə ayrıldım səndən.Gözümdə daha da kiçilməyəsən deyə.. Yalanlarına,xəyanətlərine görə.. Qürurum sənin məni yenə də aldatmağına izn vermədi.. Deyirlər ki, sevgidə qürur olmur.. Amma olurmuş... Həm də böyük qüdrətə malik olurmuş.. Sevgini heçə endirəcək qədər qüdrəti olurmuş.. Sənə səndən sənin xəyanətlərinə görə ayrıldığımı demədim.. Bilmirəm niyə.. Bəlkə də bunu özümə sığışdırmadım.. Bilmirəm.. Ayrılıq qərarımı eşidəndə mənə ayrılmamaq üçün nə qədər yalvardın.. Sən belə edəndə içimdə fikirləşirdim:məni sevmədiyin halda niyə belə yalvarırsan? Yəqinki əlində oynatdığın kuklaların sayının azalmasını istəmirdin.. İndi yenə gəlmisən.. Ayrılandan sonra ayrılmağımın səbəbini öyrənmişdin.. Gəlib deyirsən ki, peşmansan.. Deyirsən ki,gəlmisən barışmaq üçün.. Amma mən deyərdim ki, gəlmisən məni yenidən aldatmaq üçün.. Yox, bu dəfə kələyin keçməz.. Mən bir daha yalan dinləməyə, şübhələrə dözə bilmərəm.. Get, məni öz günahın ucbatından itirdiyin fikriyle ömür boyu yana-yana qal... Mən də səni nehayət ki,etdiklərinə görə az da olsa cəzalandira bildiyim üçün çox rahatam.. Mənsizlik sənin ən böyük cəzandir.....
Gözün gözlərimdə yaş görən zaman, deme ki,ağlaram barışmaq üçün,
Ağlaram,ağlaram,ağlaram hər an, səni damla-damla unutmaq üçün....


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 173 Bölmə: Sevgi varmı?