beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SENI DUWUNUREM...

Səni düşünürəm sevgilim...
Yuxunun dinc qollarına özümü ata bilmədiyim, yatağımda yuxunu gözləyərək dayandığım gecələrdə arzulayıram səni.
Sözlərdən körpülər qura bilmək, bəzən də söyləmədən belə bilmək istəyirəm səni.
Sənin sözlərində; mənim içimin ən dərinində saxladıqlarımı tapmaq istəyirəm.
Dünyaya sənin gözlərindən baxanda; heç yad hiss etməyəcəyimi bilmək istəyirəm.



Həyatlarımızın o xırda detallarında tapdığımız yaxınlıqları, eynilikləri paylaşa bilmək istəyirəm.
"Kimsə bilməz, anlamaz onsuzda hamısı məndə gizli qalsın" deyərək yığdığım bütün "az"larımı səninlə çoxaldacağımı hiss etmək istəyirəm.
Mənim həyatım yaşana bilməyəcək qədər kompleksli olmadı heç vaxt. Pessimist və darıxdırıcı dövrlərim oldu.



Hətta özümə yazığım gəldiyi uzun vaxtlar belə oldu.
Pessimist ya da optimist olmağın yalnız bir seçim olduğunu öyrəndim.
Gülümsəyəndə həmişə qarşımda parlayan bir ümid işığı gördüm. Sırf buna görə sənə dair, yalnız sənin olan gülüşlər yığıram böyük.
Cavaba ehtiyacı olmayan suallar soruşmaq istəyirəm.



Sual işarəsiz cümlələr arzulayıram səninlə ikən.
Bəzən kitab kimi qanunən əlaqəmiz olmalıdır. Sonra çoxluqla pozmalıyıq o qaydaları.
Çünki yaşayarkən kitab kimi ola bilmirsən bəzən. Yaşayarkən hər söz öz mənasını özü ilə gətirir.
Ancaq yaşayarkən sözsüz qalmaqdan qorxuram sevgilim. Sözsüzlüyün soyuğunda üşüməkdən çox qorxuram.



Çox sözüm var sənə. Heç birinin sonunda sual işarəsi, nöqtə, vergül, nida olmasın istəyirəm.
Söylə səndən mən qeyri-mümkün olanımı istəyirəm? Əsla bir damla gözyaşı tökmə kirpiklərindən. Bağlanar dilim.
Susuzluğuma baxıb çayları geyin, amma heç vaxt qızarmasın gözlərin.



Sancılanar yenə ümidlə qucaqladığın yamaqlarım. Bıçaqın ən iti üzü ol da bat ürəyimə.
Amma qızarmasın könül bağçam.
Əllərimizlə əkdiyimiz və gülüşlərimizlə yaşıllaşdırdığımız " ümid " səhifəsi islanmasın.
Yetim qalan sərçələr üşüməsin yaş kirpiklərində.
Gülümsəməyinə alışmış səma yenə quru buludlara girov düşməsin.



Hər şeyə acıq mənə dik dayanmağı sən öyrətmişdin. Bu zamana qədər axıtdığın hər gözyaşına bir gülü fəda etdim.
Heç vaxt ağlama. Sən ağladıqca ürəyimdən bir parçanı qoparıram.
Qopardıqca itirirəm. İtirdikcə ölürəm. Səni Sevirəm.


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 150 Bölmə: Sevgi varmı?