beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Size Muellimlerinizden Ewitdiklerinizi Xatirladim

Size muellimlerimizden en chox eshitdiyimiz sozleri xatirlatmaq isteyirem..Inaniramki bu sozleri siz de az eshitmemisiniz :)Elaveler etmek isteyenler sherhlere buyursun:)

Bunu imtahanda görərik!
Mən bunları onsuzda bilirdim!
Buna oxşar suallar universitetdə çox tez-tez düşür.
İnsan deyiləni bir dəfədə başa düşər, üzr istəyirəm siz axmaqsınız?
Arxa tərəf danışığı kəssin!
Nə olur orda?
Bunun hesabını imtahanda soruşacam!
Buranı diqqətlə dinləyin. Bir çox şagir xətaları burda edir.
Danışmaq istəyən bayıra çıxsın! Qapı açıqdır!
Sizi zorla gətirmirlər, bura istəməyən gəlməsin!
Tapşırıqları yerinə yetirmədən gəlməyin!
Bizim zamanımızda valideyinlərimiz əti sənin sümüyü mənim deyərdilər.

İmtahanda - Bir birinizə baxmayın!
İmtahanda - Bu andan etibarən hamı bir biri ilə küssün!
İmtahanda - Köçürdəni öldürərəm!
İmtahanda - Oğlum (qızım) bir daha görməyim!
İmtahanda - Oğlum (qızım) kağızını ver. Məni axmaq yerinə qoymayın!

Mən tələbə ikən heç köçürməzdim.

Bir suala cavab axtararkən - Oğlum (qızım) neçə dəfə deyəcəm ki ora elə deyil!!!
Lövhədə suala cavab axtararkən - Səhvdir, otur!

Bu söhbət haqqında çox danışmayacam, gələcəkdə özünüz görəcəksiniz.
İmtahana yaxşı hazırlaşın!
Növbətçilər - Oğlum (qızım) zəng olub artıq girin sinifə.
Çıx çölə!!!
Siz evdə də beləsiniz?
Sinifə daxil olan şagir qapını örtməzsə - Evinizdə qapı yoxdur?
Lövhəni silin (qız ayağa qalxarsa) Sinifdə kişi yoxdu?!
Niyə dərs oxumursunuz?
Sən artıq oxumursan... Dərslərini unutdun.
Bu dəqiqə təbaşiri başına tulluyacam!!!
Yerdəki zibilləri tez yığışdırın!
O telefonu bura gətirin tez!
Dərsdə yemək olmaz! Neçə dəfə deyəcəm?
Tənəffüsə çıxmırsınız!
Hamınızı buraxacam.
Əgər hamınız düzgün qeydlər aparsanız, ağıllı olsanız imtahandan keçə bilərsiniz.
Oğlum çayxanada oturmusan? Düz otur!
Yatın, yatın, hamısı imtahanda çıxacaq!
Qeyd etməyənləri mən bir qeyd edim.
Oğlum, filankəs) Sabah valideyininlə gəl!
Kitabı dəftəri omayan çıxsın çölə!

P.S Universitetlerden bu il mezun olanlari tebrik edirem...Ve universitetlere qebul olan abituriyentlere de ugurlar arzulayiram..:)


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 119 Bölmə: Sevgi varmı?