Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yoxluğun Içimdə Atəşdən Bir Köynək. Hər Gün Yenisi

Yoxluğun içimdə atəşdən bir köynək. Hər gün yenisiylə dəyişdirirəm. Hər gün bir əvvəlkindən daha çox yanır canım. Hər gün bir əvvəlkindən daha çox ölür ruhum. Sənin sevginlə həyat taparkən digər tərəfdən yoxluğunla bir az daha yox oluram...

Yoxluğun içimdə fırtına əvvəlki bir səssizlik. Hər zamankindən daha çox durğunum, hər zamankindən daha çox yaralı. Küləkdə yolunu çaşmış bir kəpənək kimi salınır cansız bədənim sənsizliyin girdabında...

Sənə dəli kimi aşiqkən qollarımın həmişə boşluğu qucaqlaması acı verir. Sözlər toxunuşların yerini almır. Buna görə nə söyləsəm həmişə yarım nə yazsam həmişə əskik qalır...

Səni sənsiz yaşamağa alışdım demişdim ya.. Yalan danışdım sənə. Özümlə birlikdə aldatdım səni də.. Bir ovuntu idi qeyri-mümkünlüyünə qarşı.. Bir təsəlli idi çarəsizliyimizə nisbət.. Hanı sənsiz yaşaya bilməm mən ölərəm demişdim ya sevgili.. İndilərdə nəfəssiz qalmam buna görə.. Mən sənsizim yoxluğunda.. mən nəfəs ala bilmirəm.. mən ölürəm sevgili.. mən ölürəm.. yoxluğun ölümün digər adı...

Bu günlərdə qəribə bir hal var üzərimdə.. Alışdım sandığım yoxluğun ürəyimi əzir. Mahnımızı dinləyə bilmirəm artıq.. Qeyri-mümkünlüyün ruhumu yandırır. Mahnımızdan axan hər melodiyayla, gözümdən axa bilməyən kristal göz yaşlarım ürəyimi ağrıdır..

Hanı deyərlər ya, "getməkmi çətin qalmaqmı"...mən bu problemin cavabını verirəm indilərdə gecə gözlüm. Mənim üçün ən çətini idi eşqini sənsiz yaşamaq, səninlə sənsizliyində qalmaq..
Hər şeyi ardında buraxıb da getmək.. ruhunu əmanət götürdüyün yerə təslim etmək..

Adını qurudulmuş bir gül kimi ürəyimdə saxlayıram
bu sevgini səndən uzaqda sənsiz yaşayıram
nə səsin var nə qoxun

"hansı günahın əvəzi sənin yoxluğun?!"


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 72 Bölmə: Sevgi varmı?
loading...