beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sen Bunlari Bilirsenmi?

Elə qəribə oldu ki içim səni görməməzlikdən gələrkən. ..Bir günahkar kimi başmı önümə əyib yanından keçdim. ..Səni görməməzlikdən gəlmək istədim. ..Saymamazlığını bir dəfə daha yaşamamaq üçün...
Yalnız 5 dəqiqə qədər çöldə qalıb təmiz havanı içimə çəkdikdən sonra təkrar səninlə qarşılaşmaq təsadüfmüydü bilmirəm...
Sevərək ayrılan iki sevgili kimi...
Yanından keçərkən sanki ətrafda kimsə yox yalnız sənin səsin vardı. ..Məni görməməzlikdən gələn ruhun başqalarıyla söhbət edərkən mən o darıxdığım səsini dinləyərək ağır addımlarla keçdim yanından. ..Heç keçmək istəməyərək...
Ahh bu inad ahh...
Nə qədər sevgiləri məhv edən bu qürur...
Yerli yersiz çıxıb gələn...
Heç olmaz dediyin anda ayrılıq zənglərini çalan bir anlıq əhəmiyyətli hesab etməməzlik
illərin sevgisini,güvənini necədə yox edir...
Və biz insanlar necə də dözə bilirik buna...
Sevərək ayrılmaq !
Yaşanması nə çətin vəziyyətdir...

Ahh insanoğlu...
Bir anlıq qarışıqlıqda silib ata bilir hər şeyi...
Arxasına dönüb baxmağı belə gərək duymur sonrasında...
İçimiz yana-yana eşqimiz qabara-qabara geriyə baxmaq yerinə dümdüz gedirik...
Heçmi sorğulamarıq özümüzü. ..Heçmi?

Yoxsa heçmi sevmədik. ..Hamısı yalan idimi???...
Təmin edildiyini sandığınız güvənlər,yanınızda gözləyən sevgilər. ..Hamsı əslində yalandı...
Yoxsa necə yox edər insan bir anda. ..Heçmi göz yaşı axmaz. ..Heçmi vicdanı hesab soruşmaz adama...
Sevərək ayrılmaq kimin ürəyini yandırmaz...???
Yandırarsa niyə səs çıxmaz...
Hər şey bu qədərdirmi?
Bitdimi ?
Həmişə təəssüfmü edilər..???.

Yalnız "mən"dirmi həyat...
"Biz"lərə nə olmuşdur?

Minlərlə insan küçədə isə də sənsizlik yandırırsa səni ?

Məni heçmi sızlamaz için..???

Mən bir heçiydimmi????


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 119 Bölmə: Sevgi varmı?