beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bilirsən...? Mən Sənə Xəyanət Edirdim.

Bilirsən...? Mən sənə xəyanət edirdim. Həmişə...Bilməzdim xəyanət belə şirin olarmış...Məni günahlandırmağa haqqın yoxdur.Bütün sənin hərəkətlərinin qarşılığında bunları edirdim.Hər dəfə...Elə bir gün, ay olmayıb ki sənə xəyanət etməyim....
Düşünürsən səni sevmədiyim üçün xəyanət edirim sənə?Yox,əsla...Elə səni sevdiyim üçün hələdə xəyan...ət edirəm sənə.Yoxsa, çoxdan çıxıb getmişdim səndən. Bilmək istərdinmi kimlərlər xəyanət etmişəm sənə? Yadına sal, azmı ağlatdın məni?Göz yaşlarımda boğularaq qaçdım...Hər ağladığımda göz yaşlarımı qurutmaq üçün YAY fəslinə qaçdım...Üşüdüyümdə məni isidirdi,göz yaşlarımı qurudurdu...Qızmar günəşin işığı qaranlıq dünyamı işıqlandırırdı...

Yadına sal, azmı qışqırırdın üstümə?Hər sözün bir alov olub ürəyimi yandırırdı.Od tutub alışıb yanırdı ürəyim.O zaman mən PAYİZ fəslinə qaçırdım...Yaralarımı sərinlədərdi, yağışın damcıları ilə söndürərdi içimdəki o alovu...Sakitlik tapardım,rahatlıq tapardım... Yadına sal...azmı deyirdin ayrıldıq, hər şey bitdi, gedirəm...?O zaman bilmirdim sevinim,gülüm, yoxsa ağlayım? Belə olduqda mən BAHAR fəslinə gedirdim...İlıq təbəssüm bəxş edirdi mənə.Heçnə düşünmədən gülümsəməyi öyrədirdi mənə...Sevinc bəxş edirdi bəhanəsiz, səbəbsiz...

Bax sənə hər zaman fəsillərlə xəyanət edirdim.Fəsillərlə yaşayırım.Bir tək heç zaman qış fəslinin yanına getmədim...Əvvəllər ora səninlə getməyi arzulayardım.O ağ bəyaz qar gəlinliyim olacaq deyə...Amma artıq qərara gəldim qış fəslinə tək gedəcəyəm.Artıq sənin yox, mən AZADLIĞIN nişanlısıyam....


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 97 Bölmə: Sevgi varmı?