beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mələk Anam

Bir zamanlar dünyaya gəlməyə hazırlanan
bir körpə varmış. Bir gün Tanrıya soruşmuş:

-Tanrım məni sabah dünyaya göndərəcəyini
söylədilər lakin mən o qədər kiçik və
gücsüzüm ki orada necə yaşayacağam?

-Bütün mələklərin arasından sənin üçün bir
dənəsini seçdim. O səni gözləyir olacaq
və səni qoruyacaq. Mələyin sənə hər gün
mahnı sözləri söyləyəcək və gülümsəyəcək.
Beləcə sən onun sevgisini
hiss edəcək və xoşbəxt olacaqsan.

-Çoxusususunu... İnsanlar mənə bir şey
söylədiklərində dillərini bilmədən
deyilənləri necə anlayacağam?

-Mələyin sənə dünyada eşidə biləcəyin ən
gözəl və şirin sözləri söyləyəcək sənə
danışmağı diqqətlə və sevgiylə öyrədəcək.

-Yaxşı Tanrım mən səninlə danışmaq
istəsəm nə edəcəyəm?

-Mələyin sənə əllərini açaraq
mənə dua etməyi də öyrədəcək.

-Dünyada pis adamlar olduğunu eşitdim
məni kim qoruyacaq?

-Mələyin səni öz həyatı bahasına
da olsa daim qoruyacaq.

-Lakin mən səni bir daha
görə bilməyəcəyim üçün çox təəssüf edirəm.

-Mələyin sənə davamlı məndən danışacaq
və mənə gəlmənin yollarını sənə öyrədəcək.

O sırada Cənnətdə bir səssizlik olar
və düyanın səsləri cənnətə qədər çatar.
Körpə getmək üzrə olduğunu anlar
və son bir sual soruşar:

-Tanrım əgər indi getmək üzrədirsəm lütfən
tez söylə mənim mələyimin adı nə?

-Mələyinin adının əhəmiyyəti yox balam
sən onu ANA deyə çağıracaqsan ...


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 64 Bölmə: Sevgi varmı?