beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Icimdeki Qaranlig

Nədir içimdəki qaranlığın adı? Hər vaxt içimdə bir yerlərdədir,siz görməsinizsə də…
Görmək üçün baxmaq, hiss etmək üçün toxunmaqmı lazımdır? İçim qaralır… Diqqətlə etdiyim tək şey sonumu hazırlamaq… Bunu yaşamaq məcburiyyətindəyəmmi??Silə bilmərəmmi bu duyğunu damarlarımdan?? Unuda bilmərəmmi bu hissi?? məcburiyyətdirmi bu yaşanması lazım olan?? İçimdəki qaranlığın ağrısı iliklərimə işləyərkən, əldən bir şey gələ bilməzmi ?.. Bu ağrının müalicəsi yoxdurmu.. bahalıdırmı?Mənim kimi bu xəstəliyin dərdlisi çox ikən, dərmanı yoxdurmu.. uzaqdadırmı?Bəlkə Sevmək səbəbdir,amma onun da yetməz gücü bu ağrını yüngülləşdirməyə.. bitirməyə.
İçimdəki qaranlığı böyüdürəm hər kəsdən gizləyərək… Uzaqlaşsanız da məndən, toxunmasınızsa da içimdəki qaranlığa anlamalısınız məni, içimdəkiləri. Qaranlıq… Getdikcə böyüyür içimdə və mən dayan deyə bilməyəcək qədər yorğunam onlara… Dözə bilmirəm sizə anlamırsınızmı? Heç bir şey sandığınız qədər asan deyil həm də heç bir şey…
Açdığınız boşluğu saxlamaq üçün özümdən, daha böyüyünü yaradıram içimdə… Nə zarafatcıl biriyəm,əslində nədə mərhəmətsiz… Yalnız anlayıram çox şeyi hətta sizin anlamadıqlarınızı belə… Buna görə bəlkə də etdiklərim, edəcəklərim…
Hər şeyin qurtuluşu açıq əslində… Kimsə yoxkən uçmaq… Hər şeyin sonu həyatın, ağrının, mənim… Qaranlıq məni çağırır içinə… Yapışacaq budaqlarımı çoxdan qırdınız… Gedirəm… Səmada hər şey fərqli… Hər şeyin sonu gəlir mənim də…
Nə idi içimdəki qaranlığın adı? Ölümmü? …


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 54 Bölmə: Sevgi varmı?