beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəzi Hekayələr Bitdiyini Dediyinizdə Başlayır

Həyatın saysız oyunları ilə dolu bir günə daha oyanmışdı. Oyandığında daha altının yarısı idi və içindəki səbəbini belə bilmədiyi bir sıxıntı onu yatmağa qoymamışdı.Çarpayıdan qalxdı əlini ürəyinin üzərinə qoyub pəncərədən çölə baxdı. Küçə hələ işıqlanmamışdı. Bir saat sonra küçə işıqlanacaq və dərhal pəncərəsinin qabağındakı ağaca quşlar qonacaq. Mətbəxə getdi, özünə sadə bir qəhvə süzüb ağ kreslosuna oturdu. Qəhvəsindən bir qurtum alıb təkrar pəncərənin qabağına getdi. Pərdənin kənarından küçəni seyr etdi. İçindəki onu yatmağa qoymayan və narahat edən sıxıntının səbəbəni hələ də anlaya bilmirdi.Nə etsə xilas ola bilərdi bu sıxıntıdan? Düşünməyə başladı. Boş-boş yaş yollara baxırdı ki, zəngli saatın səsini eşitdi. Saat yeddi olmuşdu. Qəhvəsi də buz kimi idi. Otağına gedib hazırlanmağa başladı. Çətinliklərlə dolu bir iş günü onu gözləyirdi. Evden çıxdı. Yollar yaş idi və hava yüngül sisli idi. Günəş buludların arasından çıxmağa çalışırdı, amma bacara bilmirdi. Buludlar günəşin qarşısında qalın bir divar hörmüşdü. O bütün bunlara vecinə almadan ofisinə doğru irəliləyirdi. İçindəki səbəbsiz sıxıntı artıq canını sıxmağa başlamışdı. Onu içindən atmaq, xilas olmaq istəyirdi. İşləmək yaxşı olmuşdu. Başındakı sual işarələri onu bir müddət də olsa rahat buraxmışdı. Biraz rahatladı. İçindən bir səs ona evə getməməsini söyləyirdi. O da elə etdi. Sadə bir qəhvə süzüb komputerinin qabağına keçdi. Pişiyi yadına düşdü. Evə getmək üçün yola düşdü. Birdən bir səs eşitdi bütün cəsarətini toplayıb arxasına döndü, ancaq sis çox olduğundan heç bir şey görə bilmirdi. Arxasından ayaq səsləri eşitdi, qorxdu. Evinə tərəf qaçmağa başladı. Evə girdi və pəncərənin qabağına getdi. Aşağıya baxdı bir adam ona baxırdı. Qorxdu və dərhal pərdəni çəkdi. Pərdədə qırmızı hərflərlə "ÖLƏCƏKSƏN" yazırdı. Qorxudan kreslosuna çokdü. Birdən qapı döyüldü. Bütün cəsarətini topladı və qapını açdı. Birisi vardı və əlində bıçaq. Birdən işıqlar yandı və "AD GÜNÜN MÜBARƏK".


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 40 Bölmə: Sevgi varmı?