beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sənli Və Sənsiz...

Səni axtarıram yağışın hər damlasında.Günəş doğarkən günəşin şəfəqlərini seyr edirəm Sənsiz.Yerin görünür yanımda.Səni axtarıram...
Bilirsənmi həyat nə qədər mənasız idi mənim üçün?! Nə vaxt səni tanıdım sanki hər şey olduğundan daha gözəl oldu,güllər daha ətirli,rəngarəng,göy üzü masmavi,aydın.Quşların səsi sanki “Yaşa!”,”Sev!” deyə səsləyirdi məni..
Hər an səninləydim.Yanımda olmadığın vaxt xəyalınla danışırdım.O belə kifayət idi mənə.Ümidim var idi.Meni sevəcəyinə ümid edirdim.Qəlbimin bir küncündə sənə qarşı olan məhəbbət alovlanır,bir küncündə isə zəif ümid çırağı közərirdi.Lakin sürmədi bu xoşbəxtlik.
Birdən hər şey büsbütün dəyişdi.Soldu bütün güllər,masmavi səma buludlarla örtüldü .Əsən fırtınalar yox etdi bütün gözəllikləri,söndürdüqəlbimdə közərən ümid çırağını.Amma sönmədi məhəbbətim daha da alovlandı-alovlandı.Artıq zərər verməyə başladı mənə.Artıq sənin xəyalınla belə danışa bilmirəm.Sənsizəm...Qadağansan mənə...Xəyalını belə qurmaq qadağandı...Amma bunu qəlbimə necə başa salım axı? Bacarmıram!Söndürməyə çalışdıqca daha da alovlanır məhəbbətim...Amma peşman deyiləm səni sevməyimə...Əvvəl gözəlləşdirdi mənasız dünyamı,rəngarəng etdi dünyanı...Sonra isə...Sonra vurdu,uçurtdu...Qəlbimdə böyük yaralar açdi...Amma yenə də razıyam...Sevgim əzabın da xoşdur mənə...Sənin qədər səni sevdiyim üçün çəkdiyim əzabı da sevirəm...


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 72 Bölmə: Sevgi varmı?