beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevmek - Ne Demekdir ?

Sevgi; Yaşanmayacaq qədər gözəl, dərk edilməyəcək qədər sadə, doyulmayacaq qədər doyulmaz duyğudur.



Sevgi; Çiçəklər sinfindən bir bitkidir; Onu gözəlləşdirən sadəcə sevgidir.

Sevgi sabitdir. Qərarsız olan bizlərik. Sevgi güvənlik verir, insanlar xəyanət edər. Sevgiyə güvənilir, insanlara ƏSLA!

Sevgi pislik görəndə azalmayan, yaxşılıq görəndə çoxalmayandır.

Sevgi insana nə yuxarıdan gələn yüksək bir güc, nə də insanlara zorla qəbul etdirilən bir duyğudur.

Sevgi ruhun gözəlliyidir.

Sevgi peşmançılıq duymamaqdır. Çünki o anları istəyərək yaşamısan.

Sevginin ölçüsü; Ölçüsüz sevməkdir.

Sevgi qaranlıqda yandırılan bir şam işığı kimidir. Sizə yolunuzu göstərir amma uzaqda nə olduğunu bildirməz.

Sevgi ; Yaşamanın gücüdür.

Sevgi insana güc verir, cəsarət verir, həyata qatılma istəyi verir, yaratma istəyi verir.

Sevgi, insan duyğularının ən gözəli, insana ən yaxınıdır.

Sevgi. Həyatın zənginliyidir və bir gənclik duyğusudur.

Sevmək inanmaqdır.

Sevmək yaşamaqdır.

Sevdiyini özü kimi, özündən də çox sevməkdir.

Sevmək sevdiyi olmaqdır.







• Sevməkdə ikili başlayıb, bir olaraq gedilər. İki can, iki qəlb, iki könül yoxdur sevgidə. Tək bir qəlb olar, tək bir ürək olar.

Sevmək bölüşməkdir. Sevdiyi ilə sevgisini bölüşməkdir. Sevdiyi ilə qəlbini bölüşməkdir. Sevmək ki tək qəlb yaransın.

Sevgidə son yoxdur. Sevginin heç bir zaman sonu olmaz. Bitən sevgilər yoxdur, bitmiş kimi görünən sevgilər vardır. Sevgidə vaz keçmək də yoxdur. Yaşandıqca yaşadılar sevilər. Amma bəzən sevgili üçün bəzən isə sevginin bir gərəyi olaraq saxlanılar bu sevgi. Vaz keçmək yoxdur, vaz keçmiş kimi görünmək vardır.

Sevməkdə istəmək yoxdur. Sevgilinin olduğu yerdə bitər bütün istəklər. Bir şey vardırsa istədiyin bu sənin üçün deyil, sevgili üçün istədiyindir. Ondan onun adına istəyərsən. Onu daha sonsuzadək sevə bilmək üçün istəyərsən. Sevmə azadlığını istəyərsən və bunu qəbul etməyini istəyərsən. İstəyərsən amma bir gün gələr bu istəklər də sona çatar. Özün özündən istəyərsən artıq. Sevdiyini daha çox sevmək istəyərsən özündən. Əbədi yaşatmaq istəyərsən.

Sevmək həyatının ən mənalı anlarını soruşduqlarında sevdiyinin adını verə bilməkdir.

Sevmək sevdiyini istəməməyi öyrənməkdir. Sevmək sevdiyini sevgili olduğuna görə sevməkdir.

Sevmək; sevmək-sevilmək deməkdir.

Sevmək, gözləməməkdir. Gözləmələrin sona çatdığı bir yerdir. Elə bir yer ki bütün həqiqətlər, bütün dünya silinər. Nə Ondan başa düşməsini gözləyərsən, nə də onu başa düşməyi. Nə onun gəlməsini gözləyərsən, nə də onun Leyli, Məcnun olmağını. Gözlədiyin başqa bir şey yoxdur sevə bilməyi bacarmaqdan başqa.

Sevmək sevgililərin heç bir sözünə üzülməməyi öyrənmək deməkdir.

Sevmək sevgilidən gələn „öl“ əmrinə belə „ölərəm“ deyə bilməkdir. Sevmək öz əlləri ilə ürəyini bir bıçağın ucuna qoya bilməkdir.

Sevmək ölməkdir.

Sevmək, ölməyi bilməkdir.

• Sevgili üçün yaşamaqdır. Onun əli, qolu, gözü, ürəyi olmaqdır. Amma artıq onun bir şeyi olmadığını bildiyin zaman ölməyi bilməkdir!

Sevmək, tükənməkdir. Sevməkdən ölərkən təkrar yaşaya bilməkdir.

Sevmək, sevgilinin baxan gözlərinə baxa bilməməkdir. Ağlayan gözlərə nəzakət və təbəssümlə qarşılıq verə bilməkdir.

Sevmək, sevgili olmaqdır. Sevgilinin üzündəki gülüş olmaqdır. Onu yaşadacaq bir damla su olmaqdır.

Sevmək sevgilinin limanı olmaqdır.

Sevmək sevdiyinin canı olmaqdır. Onun ölümü istəyə bilməyəcəyi canı olmaqdır.

Sevmək alov olmaqdır. Yanmaqdır, kül olmaqdır.

Sevmək inanmaqdır.

Sevmək sevgiliyə bir nəfəs kimi, bir səs kimi yaxın olmaqdır. Sevmək sevgiliyə çox uzaqlarda olsa belə yaşamaq və yaxın olmaqdır. Yaxınlıqdır, doğmalıqdır sevmək.

Sevmək , yalansız bir həyat, ölümsüz bir dünyadır. Sevmək, ilk insanın, Həvvanın Adəmin saflığını və təmizliyini, uşaq mehribanlığını daşıya bilməkdir.

• Sevmək, gözyaşı olmaqdır, yağan yağış olmaqdır. Bir payız mövsümünün sarı yarpağı kimi yalnız olmamaqdır.

• Sevgilisiz ikən sevgilini sevməkdir.

Sevmək, üşüməkdir. Sevgilinin yoxluğuna üşüməkdir.

Sevmək, sevgiliylə hər şeyə dözə bilməkdir. Sevmək, sevgilinin olduğu cəhənnəmə getməkdir. Sevgilinin olmadığı Cənnətə də getməməkdir.

Sevmək sevgilini cənnət eləməkdir.

Sevmək bir olmaqdır.

Sevmək yaşamaqdır.

Sevmək bir başqasının həyatını yaşamaqdır.

• Sevmək sevilməyə layiq olmaqdır


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 201 Bölmə: Sevgi varmı?