beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir Gun..

Sən.. Danışa bilməyəcəyim uzun bir hekayəmsən..Sonu olmayan bir hekayəm..
Sənsizliyi sevirəm, səssizliyi sevirəm.. Hər biri mənə səni xatırlatdığına görə sevirəm hər birini..

Aşiqəm sənə.. Bir ömür boyu sürə biləcəm bu eşqi..
Amma qarşılıqsızdır sevgim.. Bilirəm.. Budur məni incidən.. Bezmişəm düzün desəm.. Amma nə edə bilərəm. .Xəyallara dalmaq - olub vəzifəm.. Bəli, çox sevirəm..Ətrafda sanki hər şey mənə səni xatırladır.. Hər dəfə yola çıxarkən səni görmək ümidi ilə baxıram yollara.. Baxıram yollara həsrətini çəkə-çəkə.. Sənsiz olmaqdan bezmişəm əslində.. Bilirəm, həyatda mümkünsüz 2 şey vardır mənimçün..
Məsələn,sənin məni sevəcəyin kimi bir hiss..və ya səni unutmağım kimi acı bir duyğu..
Bəli,sevirəm səni.. və darıxmışam.. İnan səninçün çox darıxıram.. Hətta bəzən fikirləşirəm ki,bu qədər seviləcək nə etdin də? Heç bir şey.. Dost belə olmadan sevdim səni..İlk baxışdan diqqətimdəsən.. Özləmişəm səni.. səsini.. Bilmirəm,bəlkədə bir gün səni unudacam.. Bəlkə sən sevərsən.. Amma inanmağım belə gəlmir bunun baş verəcəyinə ..

Hər getdiyim yolda xəyalımda "sən" varsan .. Hər həzin musiqi dinləyəndə yadımda "sən" varsan .. Hər zaman arzularımdasan .. Halbuki,bunca verdiyim dəyərin milyonda birini belə mənə vermirsən .. Budur mənə acı verən .. sevirəm səni bəli.. demişdilər ki,nə qədər azad olursan ol, amma bir gün biri səni öz xəyallarıyla "həbs" edəcək.. Bəli,sevərsən birini.. Və hər gün onu görmək arzusu ilə günlərini keçirərsən.. Hər gün onu izləyərsən.. Ümidlə.. Və bir gün sual verərsən də:Mən o günə qədər necə yaşayırdım? - deyə.. Hər gün eyni şeylər,eyni arzular.. Bir gün onu görməzsən və çox darıxarsan.. Ona yaxınlaşmaq istərsən,amma utanarsan,çəkinərsən.. Bəli, budur acı verən!

Artıq 7 ay keçdi səni sevməyimdən.. Sənsə bunun fərqində deyilsən.. Mənimçün çox dəyərlisən,amma dəyərmisən bax bunu bilmirəm.. Sən mənimçün fərqlisən.. Çünki,sən fərqli olduğunun fərqində belə deyilsən.. Bu qədər gözlədim.. Bəlkə də sən soyuduğumu hiss edirsən.. Etmisən.. Bilmirəm,bax bunu.. Çünki nə çəkmişəm heç birini bildirməmişəm sənə.. Çünki etməyimin də bir xeyiri yox.. Bütün ürəyimdə olan hissləri də çatdıracağım biri yox.. Belə..

Hisslərimi saxlaya bilərəm, bir ömür boyu.. Ancaq,sən məni sevməyəcəksənsə nə faydası var? İnan bezmişəm hər gün həsrətini çəkməkdən, hər yolda gedərkən yollara səni görmək ümidi ilə baxmaqdan, gündüzlər xoşbəxt görünüb gecələr sakitcə ağlamaqdan, Həzin musiqi dinlədikdə göz yaşlarımı gizlətməkdən,səni yalnız xəyallarda,arzularda birlikdə təsəvvür etməkdən inan bezmişəm.. 7 ay keçdidə sən mənlə danışmadın.. Heç əlaqəm olmadı sənlə.. Bu qədər vaxtdı gözlədim amma səsini belə mənə müraciətdə eşidə bilmədim..Yəginki bunlara layiqəm.. Layiqəm hər gün gedib səni kənarda ümidlə izləməkdən.. Layiqəm səsini belə duymamağa..Sənsizliyə layiq biriyəm.. Hə mən milyonlarca xəyal quraram.. Lakin sənin veycinə belə olmaz.. Bəli,ola bilər,məni sən yıxdınsa səni də biri yıxıb bəlkə..

Bəlkə də bir gün.. Unudacam səni bəlkə.. Həyatda ola bilər hər şey.. Ümid edirəm.. Amma səni unutmaq istəmirəm.. Xəyallarımdasan..


Tarix: 19.11.2013 / 04:06 Müəllif: Akhundoff Baxılıb: 168 Bölmə: Sevgi mesajları