beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nifreti Aşmanin Yolu

Bağışlamaq...

Başqalarını bağışladığımızda biz azadlaşarıq.

Nifrət həyatdan zövq almamızı,insanların gözəl yanlarını görməmizə mane olar.Heç kim saf yaxşı ya da saf pis deyil.Tam pislikləri görmək bir müddət sonra şübhə,depressiya və ümidsizlik dənizində boğar insanı.Nifrət dolu bir həyat, bədbəxt bir həyatdır.Bağışlamaq insanı dərinləşdirər.

Bağışlamaq üçün, insanın ruhi və zehni olaraq özünü hazır hiss etməsi lazımdır.Çünki bağışlamaq bir seçkidir.Kimsənin məcbur etməsiylə bağışlamaq mümkün deyil.Bağışlamaq bir müddətdir. Birdən-birə bağışlamalar belə bir müddətin məhsuludur.


Bağışlamağı seçdiyinizdə kimsə sizə borclanmayacaq.Yəni şərtli bağışlama yoxdur.Digər insanın da sizi bağışlamasını,dəyişməsini və ya sizin istədiyiniz kimi olmasını gözləməyin. Bağışlamaq bir seçkidir.Məqsədi sizin rahatlamanızdır,sizin azadlaşmanızdır.Nifrət etdiyiniz adamın yaşayır ya da ölmüş olması sizin bağışlama müddətində hiss etdiyiniz ağrıların sıxlığında bir fərqlilik yaratmayacaq.O ağrılar sizin ağrılarınız.


Bağışlamaq asan deyil.Lakin azadlaşmaq üçün lazımlıdır.Çoxu insan bağışlamanın nifrət etdiyi adamı günahsız ya da haqlı hesab etdiyi mənasını verəcəyini sanar.Halbuki bağışlamaq, keçmişdəki xatirələrdən xilas olmaq,həyatımızı idarə altında tutmasına son vermək deməkdir.


Bağışlamaq

O adamı sevmək deyil.O adamla danışmaq məcburiyyətində olmaq deyil.O adamla əlaqəni davam etdirmək deyil O adamın istəkləri istiqamətində davranmaq deyil.O adamı qucaqlamaq deyil.O adamı günahsız tapmaq deyil.O adamı haqlı hesab etmək deyil.O adamın verdiyi zərərləri heç saymaq üçün səy göstərməmək deyil.


Bağışlamaq

İncikliyin,küskünlüyün,nifrətin həbsxanasından azadlığa qovuşmaqdır.Bağışlamaq artıq ağrını hiss etməməkdir. Edilənləri zehni olaraq unutmaq onsuz da mümkün deyil."Duyğusal"unutma bağışlamanın digər adıdır.


Tarix: 19.11.2013 / 04:06 Müəllif: Akhundoff Baxılıb: 66 Bölmə: Sevgi mesajları