beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xasiyyetinin Guluwunde

1. Gülərkən dodaqlarınız bir-birinə dəyir:
Bu o deməkdir ki, siz xüsusi isteda da sahibsiz. Və siz bu qabiliyyətinizdən hər yerdə, hər zaman istifadə edirsiz. Diqqət mərkəzində olmağı xoşlayırsız. Belə qadınlar çox cazibədar olurlar.

2. Gülərkən əlinizlə ağzınızı örtürsüz:
Siz özünüzdən çox narazısınız. Hər zaman arxa planda qalmağı, gizlənməyi, insanların sizin haqqınızda danışmasını, sizi tanımamasını istəyirsiz. Məsləhət görülür ki, kimsə sizi tənqid etməyə çalışanda əyilməyin.

3. Gülərkən başınızı tez-tez tərpədirsiz:
Siz hər şeyə tez inana, sadəlövh, xoşxasiyyətli insansız. Gözlənilməz hərəkətlər etməyi çox sevirsiniz. Hamıya tez inandığınız üçün həmişə yanılırsız. Özünüzə yaxın bildiyiniz insanların xəyanəti ilə tez-tez qarşılaşırsız.

4. Gülərkən əlinizlə üzünüzə və saçlarınıza toxunursuz:
Hədsiz dərəcədə xəyalpərəst birisiz. Bu, o qədərdə pis deyil. Amma bir azda həqiqətləri, problemləri olduğu kimi qəbul etməyi öyrənsəniz, daha yaxşı olar. Bu qədər xəyalpərəstlik sizi şizofreniyaya gətirib çıxarar.

5. Gülərkən burnunuzu qırışdırırsınız:
Qərarsızsınız. Fikirlərinizi tez-tez dəyişirsiniz. Bir işlə bağlı qərar verərkən qarşınızdakı insanı hövsələdən çıxarırsınız. Çox kaprizlisiz. Dəyişkən əhvalınıza tez təslim olursunuz. Bu da ətrafınızdakı insanlarla münasibətinizə və verəcəyiniz qərarlara pis təsir edir.

6. Gülərkən ağzınızı açır və səsinizi yüksəldirsiniz:
Siz dinamik və ehtiraslısınız. Təmkinli, mülayimsiniz. Danışmağı gözəl bacardığınız kimi qarşınızdakınıda sakitcə dinləməyi bacarırsınız.

7. Başınızı aşağı əyib sakitcə gülürsünüz:
Siz ürəyiyumşaq, məsləhətçil bacarıqlısınız İnsanlarla ünsiyyət qurmağı, onlara yol göstərməyi xoşlayırsınız. Bütün addımlarınız düşünərək atırsınız. Heç kimin xətrinə dəyməz, insanları incitməzsiniz.

8. Gülərkən çənənizi tərpətmirsiniz:
Hansı yaşda olursunuz olun, siz gəncliyiniz qoruyub saxlayacaqsınız. Tez-tez düşünmədən hərəkət edir və yanılırsınız. BUna görə də həmişə həyatdan narazısınız.

9. Gülərkən özünüzü sıxırsınız:
Bu sizin özündən razı olduğunuzu, insanlara yuxarıdan aşağı baxdığınızı görsədir. Çox işgüzar və tələbkarsınız. Bu xüsusiyyətiniz insanları bezdirir və hamının sizdən uzaqlaşmasına səbəb olur.

10. Gülərkən özünüzə sərhəd tanımırsınız:
Heç kimin fikirlərinə əhəmiyyət vermirsiniz. Hər zaman idarəedici olmağı istəyirsiniz. İnsanlara əmr vermək, onlarla sərt danışmaq sizin hobbinizdir. Siz çox zülmkar müdir ola bilərsiniz.


Tarix: 19.11.2013 / 04:05 Müəllif: Akhundoff Baxılıb: 33 Bölmə: Sevgi mesajları