beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Menimle Olecek...

Sən getmisən, sanma sevgim de yox olub. O ölməyib, yaşayır... əvvəlki tək. O səninlə, mənimlə doğulub, O son dəfə mənimle öləcək. O taledən ikimizin payıdı, İkimizin ürəyində göyərdi Zaman-zaman, neçə ildi, nece aydi. Hər gün bizim qəlbimizi döyərdi. O düşmüşdü ağızlara, dillərə, Nəğmələrin qanadında uçurdu. Şer olub dolaşırdı elləri, Öz qoynunu sevənlərə açırdı. Müqəddəsdi... yaranmışdı çün haqdan, Onu əyə bilməmişdi bir fələk. Çıxmışdı hər imtahandan, sınaqdan, İki ürək olmuş idi bir ürək. Nə qədər ki, yaşayıram mən varam, O da sağdır, demək o da yaşayır. Ona bir yad nəfəs dəyə,qoymaram, Mən bu yolda ağartmışam başımı. İllər ilə yar qadasın yar alar, İndi biz tək sevən hanı, əzizim? Biz ikimiz o dastanı yaratdıq, Mən, sən yazdıq o dastanı əzizim. O dastanın öz ünvanı, öz adı. Yalnız gülüm, bizim ikimiz olduq, Həmi onun müəllifi, ustadı, Həmi onun qəhrəmanı, biz olduq. Güc alıram daim onun gücündən. Onu yalnız zaman, silə biləcək. O sədadır, o nalədir, içimdə. Yalnız gülüm, o mənimlə öləcək


Tarix: 19.11.2013 / 04:06 Müəllif: Akhundoff Baxılıb: 78 Bölmə: Sevgi mesajları