Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yoxluğumda Xoşbəxt Ol

Səninlə paylaşdığım hər acıma ürəyimə səni zamin göstərdim. Sən üzünü nura çevir yalnız.

İnan mənə mənsiz həyatda səni həmişə xoşbəxtliklər gözləyir. Çünki sənsiz bir yerdə yaşayarkən belə hər nəfəsimdə min dua gizli olacaq sənə...
Artıq xoşbəxtliyə qanadlanma zamanın gəldi...
Mənsiz olsan da...
Hər günəş, gözlərinə doğulmağa,
Hər külək, saçlarında gəzməyə gələcək.
Get...
Varlığımda acı çəkməkdənsə,
Yoxluğumda xoşbəxt ol...
Çünki xoşbəxtliklər ən çox sənə yaraşır.
"Topla cümlələrini dodaqlarımdan...
Hər şey bitdi artıq... Səmalar qədər azadsan artıq.
Dilədiyincə uça bilər,
Yolların həmişə Cənnətə çıxsın..."

Mənsiz həyatında xoşbəxtliklər diləyərəm...
ƏLVİDA ürəyimi həsr etdiyim ömrüm...


Tarix: 19.11.2013 / 04:06 Müəllif: Akhundoff Baxılıb: 43 Bölmə: Sevgi mesajları
loading...