Dost dediyin 
Dostun ürəyindən keçəni bilməli 
Dost dediyin 
Dostunu qarşılıqsız sevməli 
Dost dediyin 
Verəcəksə götürmədən verməli 
Dost dediyin 
Ürəyi qan aglarkən, dost üçün gülməli 
Dost dediyin 
Quru torpaq kimi sadiq qala bilməli
Dost dediyin 
Sığınacaq yerin yoxsa qucağını aça bilməli 
Dost dediyin 
Günə isti bir günəş olub təbiət bilməli 
Dost dediyin 
Gecəyə parlayan ulduz ola bilməli 
Dost dediyin 
Kürəyini söykəndiyin əsrlik bir çinar 
Dost dediyin 
Lazım olduğunda bir qalxan ola bilməli
Dost dediyin 
Namərd gülləyə açılan bir çiçək kimi sinəsini qabağina sərməli
Dost dediyin 
Nəhayət dost olduğunu bilməli 
Dost dediyin 
İki ürəyi bir bədən saya bilməli 
Mən hər kəsə dost deməm 
Mənim dostum 
Ürəyimin səsini uzaqlardan eşidə bilməli 
Dost o zaman dostdur 
Dost dediyin 
Bir qərbində doğan qardaş belə ola bilməli
Tarix: 19.11.2013 / 04:05 Müəllif: Akhundoff Baxılıb: 72 Bölmə: Sevgi mesajları