Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aldatma Aldanarsan

Aldatma, aldanarsan!

Ən aktual, ən xoşagəlməz, bağışlanmaz və hamıya tanış olan bir mövzu. Qızla oğlan tanış olur, sms, zənglər, münasibət getdikcə dərinləşir..Və nəhayət bir gün ağılasığmaz bir bəhanə ilə bu münasibət bitir.. Ya da neçə müddət münasibət olduğundan sonra öyrənirsən ki, oğlan nişanlanıb ya da artıq evlidi..Bunlar daha çox kişilərə xas olan bir xüsusiyyətdi. Ama hal hazırda qadınların arasında da belə hallar çoxalıb. Ya da gözəl bir çift, illərdi bir birini tanıyan, hər şey ciddiliyə doğru gedərkən..ortalığda başqa birisi peydə olunur, daha sonra görüşlər, zənglər, qız (oğlan) bütün diqqətini ona yönəldərkən, istədiyini aldatmağa başlayır. Qız (oğlan) bunu bilib və ya hiss edib münasibətə son qoyur.

Bu cür hadisələr hər zaman marağıma səbəb olub. Maraqlıdı axı niyə insanlar hər zaman sıxıntıya düşəndə yalana əl atmağa üstünlük verirlər?

Niyə saf və təmiz münasibəti yox, aldatmağı seçirlər?
Bəlkə də, aldanan tərəf özləri buna razıdılar?


Tarix: 19.11.2013 / 04:05 Müəllif: Akhundoff Baxılıb: 80 Bölmə: Sevgi mesajları
loading...