Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bizi Bizi Sevenleri Niye Sevmirik ..?

Lap çoxdan, nəhəng bir alma ağacı var idi. Kiçik oğlan ora gəlməyi və hər gün o ağacın ətrafında oynamağı xoşlayırdı.

O ağaca çıxırdı, almalardan yeyirdi, kölgəsində mürgüləyirdi. O ağacı sevirdi və ağac isə onunla vaxt keçirməyi. Vaxt keçdi, kiçik oğlan böyümüşdü. Və o artıq hər gün ağacla əylənmədi.

Bir gün, oğlan ağacın yanına qayıtdı və o qəmgin görünürdü. "Gəl və mənimlə oyna" deyərək ağac oğlanı çağırdı.
Oğlan cavab verdi:
- "Mən artıq uşaq deyiləm - daha ağaclarla əylənmirəm", "Mən oyuncaqlar istəyirəm. Onları almaq üçün pula ehtiyacım var"
- "Bağışla, ancaq mənim pulum yoxdur. Amma sən mənim yaxşı almalarımı seçib onları sata bilərsən. Və oyuncaq almaq üçün sənin pulun olacaq.
Oğlan həyəcanlandı.
O ağacdan bütün almaları dərdi və xoşbəxt halda getdi. Və oğlan bir də heç vaxt geri qayıtmadı. Ağac qəmgin idi.

Bir gün, oğlan qayıtdı - nə vaxt ki, o artıq böyüyüb kişi olmuşdu. Və ağac: "Gəl mənimlə oyna" həyəcanlı səslə dedi. Oğlan: "Mənim oynamaq üçün vaxtım yoxdur. Mən ailəm üçün işləməliyəm.
Bizim evə ehtiyacımız var. Mənə kömək etməyi bacararsan?'
Ağac:
" Bağışla. Mənim heç bir evim yoxdur. Amma sən mənim budaqlarımı yarıb, özünə ev tikə bilərsən.'

Beləliklə artıq kişi olmuş o kiçik oğlan ağacın bütün budaqlarını yardı və xoşbəxt halda oranı tərk etdi. Ağac onu xoşbəxt gördüyü üçün çox şad idi, amma kişi bir də geri qayıtmadı. Ağac yenidən tək və qəmgin qaldı.

Bir isti yay günü... Kişi qayıtdı və ağac buna heyran qaldı.
"Gəl və mənimlə oyna"! ağac dedi.
Kişi:
- "Mən artıq yaşlanıram. İstirahət üçün qayıqla üzmək istəyirəm. Sən mənə qayıq verə bilərsən?"
Ağac: "Sən qayıq düzəltmək üçün mənim gövdəmdən istifadə edə bilərsən. Sən uzaqlara da üzə bilərsən və xoşbəxt olarsan.'
Beləliklə kişi ağacın gövdəsini kəsdi və özünə qayıq düzətdi. O üzməyə getdi və uzun müddət görünmədi.
Nəhayət çox illər keçəndən sonra kişi qayıtdı.. Ağac: "Bağışla oğlan, amma sənə kömək etmək üçün artıq mənim heç nəyim yoxdur. Almam da yoxdu...
Oğlan: "Heç bir problem yoxdur - onsuzda dişləmək üçün mənim dişlərim yoxdu.
Ağac: "Artıq mənim gövdəm də yoxdur ki, sən çıxıb əylənəsən."
Kişi: "Mən artıq bunun üçün həddindən artıq qocayam"
Ağac göz yaşları ilə: "Mən həqiqətən sənə heç verə bilmərəm. Təkcə mənim tərk edilmiş köküm qalıb."
Kişi: "Mənim heç nəyə ehtiyacım yoxdu, sadəcə istirahət üçün yer axtarıram. İllər məni çox yorub"
Ağac: "Yaxşı! Köhnə ağac kökləri, uzanmaq və istirahət üçün ən yaxşı yerdir. Gəl yanımda otur, istirahət et.
Kişi oturdu və ağac sevindi və göz yaşları ilə gülümsədi.


Tarix: 19.11.2013 / 04:05 Müəllif: Akhundoff Baxılıb: 81 Bölmə: Sevgi mesajları
loading...