beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mən sevməyi unutmuşam...!
Mən sevməyi unutmuşam...!

Sevməyəcəm daha səni,
Səndən qeyri heç kimi də sevməyəcəm..
Bitti sevgi,
Öldü sevgi..
Sədd çəkəcəm,duyğulara, arzulara,
Baxmayacam, görməycəm,
Uymayacam xülyalara...
Sevməyəcəm, sevməyəcəm...
Dəmir hasar, bağlı qapı,
Qoy desinlər qəddarlaşıb,
Qoy desinlər kobudlaşıb,
Qoy desinlər arsızlaşıb,
Daha bitti sevgi, yetər..

İstəmirəm, mən nə səni,
Nə də sənin xəyalını istəmirəm...!
Qoy özgələr sevsin səni...
Xeyri yoxdur sözlərin də,
Göz yaşınınn xeyri yoxdur..
Yorulmuşam səndən gülüm,
Anlamdı məni heç kəs,
Sevgi məni anlamadı...
İndi sinəm buza dönüb,
Qışa dönüb indi həyat,
Anlasınlar,
Ya da əksi,
Anlamasın, fərqi yoxdur,
Onlar olsun,bunlar olsun,
Doğmalar ya yadlar olsun...

Yorulmuşam,incimişəm hamısından..
Sevməyəcəm, rahat yaşa,
Mən qəlbimi unutmuşam,
Sən də unut tərk et məni,
Görməzdən gəl görəndə də.
İstemirəm sevme məni,
Mən sevməyi unutmuşam....!


Tarix: 29.04.2015 / 10:40 Müəllif: Aziza Baxılıb: 277 Bölmə: Sevgi şerləri