beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Eşitdim
Eşitdim

Eşitdim, dostlardan məni sormusan,
Bir mesaj yazmağa üzün gəlməyib.
Özgə birisilə ailə qurmusan,
Bir dəfə olsa da üzün gülməyib.

Eşitdim, yamanca peşman olmusan,
Məni terk etdiyin o gündən bəri.
Özgə qollarında tənha qalmısan,
Unuda bilmirsən mənli günləri...

Eşitdim, arada gözlərin dolur,
Mənli xatirələr düşür yadina.
Ürək də, beyin də yadina salır,
Ölməz xatirələr çatır dadına...

Eşitdim, hər sabah məyus olmusan,
Gecələr gündüzdən qoparır səni.
Bu cavan yaşında yaşa dolmusan,
Yuxular uzağa aparır səni...

Eşitdim, üzünü qırışlar basıb,
O mənə etdiyin günahlarındı.
Eşitdim, deyəsən lap ağlın çaşıb,
Hər günah basqa bir sabahlarındı.

Eşitdim, şeirimi oxuyanda da,
O qara gözlərin dolub nədənsə.
Göz yaşın qarışıb qara telinə,
Üzündə güllərin solub nədənsə...

Bilirəm, oxuyub hey ağlayırsan,
Daha istəmirəm ağladım səni.
Bilirəm, rəsmimi qucaqlayırsan,
Rəsmim tək qoruya bilmədin məni!


Tarix: 29.04.2015 / 10:39 Müəllif: Aziza Baxılıb: 391 Bölmə: Sevgi şerləri