beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mən olaydım...
Mən olaydım...

Boynunda mirvari, belində kəmər,
Ağ üzündə qoşa xalın olaydım.
Baxıb həsrət çəkə Şəms ilə Qəmər,
Hünərdə Rüstəmi-Zalın olaydım
***
Doyammadım çöhrəndəki naxışdan,
Sədəqə istədim oğrun baxışdan.
Yolum düşdü qayalıqdan, yoxuşdan
Düzənin olaydım, yalın olaydım.
***
Bilməm ömrü niyə vermişəm bada,
Dərdbilən yoxdursa, kim yetər dada?
Tale gəmisiylə üzüb dəryada
Sükanın olaydım, salın olaydım.
***
Dözəmmirəm sinəmdəki dağına,
Qonammıram bar verən budağına.
Zülfüqaram, dönüb gənclik çağıma
Dəymişin olaydım, kalın olaydım.


Tarix: 29.04.2015 / 10:36 Müəllif: Aziza Baxılıb: 165 Bölmə: Sevgi şerləri