beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"MƏNİ SƏNSİZ QOYUB GETMƏ"

"Məni sənsiz qoyub getmə"

O qədər gözəlsən heyranam sənə,
Doymuram baxsam da gözəl üzünə,
Bircə arzum var yetir yerinə.
Qəlbimi dağıtma, çox viran etmə,
Məni sənsiz qoyub getmə.

Yalvardım Allaha sən qayıt deyə,
Hər şey etmişdim məhz sənə görə.
Nə tez vurdun axı sevgimi yerə?
Acılar yaşatma, çox cəza vermə,
Məni sənsiz qoyub getmə.

Qəlbimə iz salıb hara gedirsən,
Sən məndən ayrılıb günah edirsən,
Başqasın sevmədin..de ki sevirsən.
Yalanlar danışma, xəyanət etmə,
Məni sənsiz qoyub getmə...


Tarix: 27.01.2015 / 12:34 Müəllif: Aziza Baxılıb: 77 Bölmə: Sevgi şerləri